• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
7.07.23 10:37
Bütün xəbərlər
465

Səhiyyə Nazirliyinin eksperti ÇAĞIRIŞ etdi: Əməl etmirsiniz və...


- Nahid müəllim, ilk öncə bilmək istərdik ki, həzm pozulmasının simptomlarına nələr daxildir?
- Həzm sistemi orqanlarına ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qara ciyər, mədəaltı vəz və öd kisəsi aiddir. Həzmin pozulması və ya həzmsizlik tibbdə dispepsiya adlanır. Daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Bunlara aiddir: tez-tez, az çeynəyərək yemək və ya çoxlu yemək, yeməkdən həmən sonra uzanmaq, çox yağlı qidaların qəbulu, spirtli və qazlı, kofein və ya şəkər tərkibli içkilər, həmçinin tütün məhsullardan müntəzəm istifadə, stres, təşviş və digər psixoloji problemlər, piylənmə, dərmanların nəzarətsiz qəbulu, oturaq həyat tərzi, nizamsız yuxu rejimi və s.
Həzmin pozulmasının əlamətləri qarında ağrı və ya hansısa narahatlıq yarada bilir. Bu sağ və ya sol qabırğaaltı, kürək və epiqastral nahiyyədə ağrılar, gəyirmə, döş sümüyü arxasında yanma, qıcqırma, qəbizlik, ishal kimi müşahidə oluna bilər. Həzmsizliyin əlamətləri adətən yeməkdən sonra mədənin həzmi yerinə yetirməsi zamanı başlayır.
Simptomlar arasında ən çox yayılmış olanı yemək əsnasında meydana gələn erkən doyma hissidir. Bu, qarında şişkinlik, gəyirmə, ürəkbulanma və ya ürək yanması ilə müşayiət oluna bilər. Həzmsizliyi müalicə etmək üçün öncə düzgün qidalanmaq, stresdən uzaq durmaq, yuxu rejimini bərpa etmək, aktiv olmaq lazımdır.
- Doktor, həzm pozulması hansı xəstəliklərin yaranmasına səbəb ola bilər?
- Həzm pozulmasına səbəb olan xəstəliklərin bəziləri bunlardır: reflüks ezofagit, qıcıqlanmış bağırsaq sindromu, mədə xoraları, mədəaltı vəz və ya öd yolları anomaliyaları, laktoza və ya qlüten intoleransı, mədə iltihabı, çölyak xəstəliyi, öd kisəsi daşları, mədəaltı vəzin iltihabı, qəbizlik, bağırsaq keçməzliyi, bağırsaq damarlarının tıxanması, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, mədə xərçəngi və s.
Düzgün qıdalanmama zamanı yaranan həzm sistemi pozğunluqları bir çox xəstəliklərə və orqanların zədələnməsinə gətirib çıxara bilər. Bu zaman şəkərli diabetin, arterial təzyiq, infarkt, insult, böyrək daşlarının, öd daşlarının əmələ gəlməsinə şərait yaranır. Həzm sistemi pozğunluqları həmçinin metobolik dəyişikliklər və piylənməyə də səbəb olur.
- Yaz-yay mövsümündə adətən hansı qidalar mədə bağirsaq sisteminin fəaliyyətində çətinlik yaradır?
- Konservləşdirilmiş məhsullardan çox istifadə ilin bütün fəsillərində mədə bağırsaq sistemində problem yarada bilər. Yaz-yay aylarında bu məhsulları mümkün qədər az istifadə etmək lazımdır. Duzlu və hisə verilmiş balıq məhsulları, xəmir yeməkləri və çox yağlı qidalardan da az istifadə olunması tövsiyə olunur.
- Yeməkdən əvvəl və sonra doğru su içmə qaydası necədir?
- Orqanlarımızın normal işləməsi və dolayısı ilə həzmin də yaxşı olması üçün su əvəzedilməzdir. Əlbəttə ki, zamanında və qədərində su içmək şərtdir. İnsanın gün ərzində təqribən 1.5-2 litr su içməsi məqsədə uyğundur. Hər gün oyandıqdan dərhal sonra, yəni acqarına bir stəkan su içmək çox faydalıdır. Yatmazdan ən tez 3 saat əvvəl su qəbulunu dayandırmaq lazımdır. Yeməkdən yarım saat əvvəl və ən tez 40 dəqiqə sonra içilən suyun faydaları daha çoxdur. Yemək zamanı maye qəbulu tövsiyə olunmur.
- Həzm pozuntusu olan insanlar qıdalanmada nəyə diqqət etməlidirlər?
- Həzm sistemi xəstəlikləri olan insanların rasionuna şirin, turş, duzlu, acı və yağlı qidaların qəbulu tövsiyə olunmur. Spirtli və qazlı içkilər də həzm sistemi xəstəliklərində arzuolunmayanlar sırasındadır. “Fast food”dan müntəzəm istifadə həzm sistemində ciddi problemlər yaradır, piylənməyə gətirib çıxarır. Bu zaman infarkt və insult riski artır. Həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar lifli qidalardan, meyvə və tərəvəzlərdən daha çox istifadə etməlidir. Nəticədə bağırsaq fəaliyyəti yaxşılaşır, vitamin və minerallar lazımi qədər orqanizmə ötürülür.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
994
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 229
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
785
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
960
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
755

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.