• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
25.07.23 12:10
Bütün xəbərlər
260

“Bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur” - MÜSAHİBƏ


“İnsan sağlamlığı genetik, ətraf mühit faktorları, həyat tərzi vərdişləri və mikrobiotanın tərkibi arasında mürəkkəb və balanslı qarşılıqlı əlaqənin nəticəsidir. Bu mürəkkəb prosesdə iştirak edən hər komponentin rolunun dərk olunması bir çox xəstəliklərin yaranma mexanizmləri ilə yanaşı, diaqnostika, müalicə və profilaktikası üçün vacib informasiya verə bilər”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Qurbanova nazirliyin rəsmi saytına müsahibəsində deyib.



Onunla müsahibəni təqdim edirik:
- Vəfa xanım, ilk öncə bilmək istərdik ki, qadın və kişi sonsuzluğu nədən yarana bilər?
- İnsan sağlamlığı genetik, ətraf mühit faktorları, həyat tərzi vərdişləri və mikrobiotanın tərkibi arasında mürəkkəb və balanslı qarşılıqlı əlaqənin nəticəsidir. Bu mürəkkəb prosesdə iştirak edən hər komponentin rolunun dərk olunması bir çox xəstəliklərin yaranma mexanizmləri ilə yanaşı, diaqnostika, müalicə və profilaktikası üçün vacib informasiya verə bilər.
Reproduktiv nəticələrin yaxşılaşdırılması üçün qeyd edilən faktorların rolu çox aktualdır. Genetik, mikrobiom, həyat tərzi və yaşadığımız mühit arasındakı əlaqələr barədə informasiya həcmi ilbəil artır. Bu da öz növbəsində gələcəkdə sonsuzluğun diaqnostikası və müalicəsində yeni yanaşmaların tətbiqinə imkan verəcək.
- Qadın sonsuzluğuna səbəb ola biləcək xarici faktorlar hansılardır?
- Müasir reproduksiya problemləri haqqında danışdıqda bəzi faktorların rolunu vurğulamaq lazımdır. Reproduktiv sağlamlıq potensialına və sonsuzluğa səbəb ola biləcək amillər arasında qadın orqanızminin inkişafı ana bətnində olduğu andan başlayaraq, daha sonra uşaqlıq (7 yaşa qədər), prepubertat (yetkinlikdən əvvəlki dövr) və pubertat (yetkinlik) dövrlərinin önəmli məqamlarına xüsusi diqqət yetirilməlidir.
Hazırda yoluxucu iltihabi proseslər, piylənmə, düzgün qidalanmama, DNT metilasiyası (DNT nukleotid ardıcıllığının özünü dəyişdirmədən DNT molekulunun modifikasiyası), oturaq həyat tərzi, zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərin qəbulu və s.) genlərin işinə təsir edən və sonrakı nəsildə patoloji proseslərə səbəb ola biləcək əsas xarici amillərdən hesab olunur.

- Doktor, hansı hallarda cərrahi müalicə məsləhət görülür?
- Cərrahi müalicənin lazımlığı və vacibliyi məsələsi bir çox məqamlardan asılıdır. Təbii ki, əsas diqqət sübutlu standartlara və normativ sənədlərə əsaslanan diaqnostikasının aparılmasına və müalicə taktikasının seçilməsinə verilməlidir.
Mümkün qədər əsassız invaziv müdaxilələrdən çəkinmə və cərrahi əməliyyatdan sonra yarana biləcək ağırlaşmaların dəyərləndirməsi çox önəmlidir. Bu səbəbdən cərrahi müdaxilə qərarının konsilium şəkildə verilməsi məqsədəuyğun hesab olunur.
- Genetik sonsuzluq nədir?
- Bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur. Problemi müəyyən etmək üçün qadın və kişi genotipində kariotip pozğunluğun olub-olmaması təyin edilməlidir. Təbii ki, bu məqsədlə mütəxəssis genetik konsultasiyası və xüsusi laborator müayinə üsullarından istifadə olunmalıdır.
- Sonsuzluq müalicə ilə aradan qalxa bilərmi?
- Sonsuzluğun uğurla aradan qaldırılması üçün mümkün qədər tez və maksimal effektiv şəkildə hamilə qalmamağa səbəb ola bilən diaqnozu qoymaq lazımdır. Burada müasir təbabətin tələblərinə uyğun olaraq və sübutlu standartlara əsaslanaraq “4P” prinsipinə uyğun addımlamaq lazımdır - xəstəliklərin inkişafını proqnozlaşdırmaq (prediksiya); xəstəliklərin baş verməsinin qarşısının alınması (prevensiya və ya profilaktika); hər bir xəstəyə fərdi yanaşma (personalizasiya); xəstənin tibbi tədbirlərdə motivasiyalı iştirakı (partisipasiya).
Təbii ki, ilk mərhələ mümkün qədər bütün risklərin düzgün qiymətləndirilməsidir. Bu sırada ailəvi və şəxsi anamnestik məlumatlar, yaş faktoru, ekstragenital xəstəliklər, reproduktiv sistemin pozğunluqları, cinsi yolla yoluxan infeksiyaların olması, uşaq və yeniyetmə yaş dövrünün xüsusiyyətləri, reproduktiv davranış, abortların sayı və bir çox digər faktorlar dəyərləndirilməlidir.
Hər bir cütlük üçün müasir standartlara və mövcud imkanlara uyğun olaraq fərdi müayinə və müalicə planı tərtib edilməlidir.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.