• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
30.07.23 12:33
Bütün xəbərlər
445

Süni mayalanma pulsuz olmayacaq - Deputat


Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən qərarlardan biridir. Bununla bağlı təkliflər səsləndirilsə də, agentlik hələ ki, bunun planda olmadığını bildirir.

Azərbaycanda bir dəfə ekstrakorporal (süni) mayalanma etdirmək üçün 3000-4000 manat lazımdır. Heç də az məbləğ deyil. Nəzərə alaq ki, bəzən ilk cəhddən cütlüklərin övlad sahibi olmaq arzusu reallaşmır. Bu zaman sırf maddiyata görə, son çıxış yolu süni mayalanma olan cütlüklər övlad sahibi ola bilmirlər. Elə bu səbəbdən, icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən əməliyyatlardan biri də, süni mayalanmadır. Hələ 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilmişdi ki, Azərbaycanda 2020-ci ildən süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Ancaq bu məsələ hələ də reallaşmayıb.
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

“Çox bahalı əməliyyatdır”
Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmalıdır. Bugünlərdə millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında bu mövzuya yenidən toxunub. Bildirib ki, bu qanunu qəbul etmək lazımdır:
“Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Türkiyədə bununla bağlı qanun var. Belə ki, ailələr süni mayalanma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır”.
“Problem ciddidir, ona görə lazımdır”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirir ki, problem ciddidir və bu səbəbdən süni mayalanmanın Xidmətlər Zərfinə salınması vacibdir:
“Övlad dünyaya gətirməklə bağlı problemlər çoxalıb. Burada genetik, iqlim, ekoloji, qida, insanların günəşlə təmasının az olması, istifadə etdiyimiz geyimlər və s. faktorların rolu var. Bu səbəbdən sonsuzluq geniş vüsət alıb. Övlad sahibi olmağın çıxış yollarından biri olan süni mayalanma əməliyyatı da çox bahadır. Bəzən süni mayalanma da effektiv olmur. Amma bir çox ailələr məhz bu yolla övlad sahibi ola bilirlər. Bəzən təkrar süni mayalanmaya getməli olurlar. Bir dəfəni borc-xərc edirlər, sonra davamını gətirə bilmirlər”.

İ.Hüseynli deyir ki, bu əməliyyatın icbari tibbi sığortaya daxil edilməsi ilə yanaşı, necə icra edilməsi də çox önəmli məqamda bilər ki, Xidmətlər Zərfinə daxil edilsin, ma limitli çərçivədə olsun. Limitli olsa, yenə də problemlər olacaq, ehtiyacı olan hər kəs yararlana bilməyəcək”.
“Nəzərdə tutulmayıb”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Xidmətlər Zərfinə daxil edilən xidmətlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müvafiq meyarlara uyğun olmalıdır. Rəsmi statistik göstəricilərə əsasən, son beş il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər, əhali arasında əlillik faizi yüksək olan xəstəliklər, sayında davamlı artım müşahidə olunan xəstəliklər, sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər təhlil edilir. Qeyd olunanları nəzərə alaraq, süni mayalanmanın icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulmayıb.
“Sığorta fondundakı vəsaitin miqdarına baxsaq...”
Millət vəkili Müşfiq Məmmədli deyir ki, hazırda Xidmətlər Zərfinə 3500-dən artıq tibbi prosedur və xəstəlik daxil edilib, zamanla da bu, artırılacaq:
“İcbari tibbi sığorta tam dolğun şəkildə iki ildir ölkə ərazisini əhatə edir. İcbari tibbi sığorta fondunun müstəqil fond şəklində büdcəsinin icmal büdcəyə daxil edilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Biz fondda toplanmış vəsaitlərin davamlı şəkildə artmasını müşahidə edəcəyik. İcbari tibbi sığorta fondunda vəsaitin artım tempi bu cür davam edərsə, təbii ki, digər xəstəliklərin də xidmətlər zərfinə daxil edilməsi prosesi baş verəcək”.

Millət vəkili bildirdi ki, çox yaxın zamanda süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi real deyil:

“Bəzi ölkələrdə süni mayalanma icbari tibbi sığortaya daxil edilməyib, bəzi ölkələrdə müəyyən hissəsi vətəndaş tərəfindən qarşılanır, müəyyən hissəsini dövlət ödəyir, bəzi ölkələrdə isə tam icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Azərbaycana gəlsək, ölkəmizdə icbari tibbi sığortanın hazırda əhatə etməli olduğu bir çox patologiyalar var. Bunlar insan orqanizmi üçün təhlükə yaradan, insanların sağlamlığına təcili müdaxilə edilməsi vacib olan xəstəliklər qrupudur. Onkoloji xəstəlikləri və digər əməliyyat prosedurlarını qeyd edə bilərik. İcbari tibbi sığorta fondundakı vəsaitin miqdarına baxsaq, fonddakı vəsaitlərin artım tempini analiz etsək, bunun üçün bir qədər vaxta ehtiyac var. Yəni, bu il və gələn il üçün süni mayalanmanın icbari tibbi sığorta çərçivəsinə daxil olunması real görünmür. Amma, zamanla bütün tibbi prosedurlar icbari tibbi sığorta çərçivəsinə alınacaq”.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.