• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
4.08.23 11:56
Bütün xəbərlər
456

Həkim yenidoğulmuşlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb - MÜSAHİBƏ


“Körpə planlı şəkildə bir, üç, altı və on iki aylarında, bir yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova qurumun rəsmi saytına müsahibəsində deyib.



Onunla müsahibəni təqdim edirik:
- Leyla xanım, öncə bilmək istərdik ki, uşaqlar arasında nevroloji patologiyalar, əsasən, hansı istiqamətlərdə müşahidə olunur?
- Mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər. Doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və sairi göstərmək olar.
Uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, başağrısı, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozlar aiddir.
- Yenidoğulmuşlarda nevroloji problemlərin əlamətləri hansılardır?
- Öncə qeyd etmək istəyirəm ki, neonatal dövr körpə üçün xarici mühitə uyğunlaşmasında həlledicidir. Neonatal dövr doğulandan 28 gününə qədər davam edir. Hamiləlik dövründə fizioloji vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə yenidoğulmuşlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən aparılır. Əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq tərəfindən nevroloqa yönəldilir.
Həmçinin, valideynlər özləri nevroloji simptomları müşahidə edə bilərlər. Bu dövrdə körpədə sianoz tutmaları (ağlayarkən göyərmələr), yuxu pozğunluğu, əyriboyunluluq, əzələ tonusunun pozğunluğu (uşaq ya süst, ya da əksinə, çox gərgin vəziyyətdə olur), əmgəyin qabarıq olması, qıcolmalar və s. kimi əlamətlər nevroloji xəstəliklərin simptomları ola bilər.
- Doktor, uşaqlarda yuxusuzluq nə ilə bağlıdır?
- Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir. İki-üç yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil.
Uşaqlarda yuxu pozğunluğunun əsas səbəbləri bunlardır:
- Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
- Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
- Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar.
- Körpələrdə əmgək nə zaman birləşməlidir?
- Əmgək - kəllə sümükləri arasında sümükləşən bölgələrdir. Doğularkən körpədə altı əmgək növü müşahidə oluna bilər: cüt və qeyri-cüt. Ən “məşhur” iki alın və iki təpə sümüyü arasında yerləşən böyük əmgəkdir. Əmgəklərin ölçülərinə fərdi göstəricilər təsir edir: hestasiya yaşı, genetik meyillilik, maddələr mübadiləsinin vəziyyəti, xəstəliklərin olması.
Sağlam körpələrin 1%-də böyük əmgək üç aya qədər bağlana bilər. Həmin uşaqların valideynlərinin narahatlığına səbəb yoxdur, onlar ancaq baş dairəsinin ölçülərini nəzarət altında saxlamalıdırlar. Kəllə ossifikasiyası prosesində böyük əmgək 12-18 aya qədər tamamilə bağlanır.
- Uşağın inkişafının gecikməsinə səbəb olan amillər nələrdir?
- İnkişaf gecikməsi aşağıdakı səbəblərdən yarana bilər:
- ananın xroniki xəstəlikləri;
- hamiləlik zamanı alkoqol istifadəsi;
- psixotrop dərmanlar;
- irsi faktorlar;
- məişət şəraitinin münasib olmaması;
- ailədaxili münasibətlər;
- zəif qayğı.
- Sonda valideynlərə məsləhətlərinizi bilmək istərdik...
- Uşaq heç bir səbəb olmadan başağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə, diqqət yetirin. Əlavə olaraq, yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa.
Körpə planlı şəkildə bir, üç, altı və on iki aylarında, bir yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicə təyin olunur.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.