• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
6.08.23 09:22
Bütün xəbərlər
292

Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur? - Mütəxəssis RƏYİ


Dünyada hər beş adamdan birində görünən allergik xəstəliklər onların həyat keyfiyyətinə təsir edir. Bəzi ağır hallarda allergiyanın anafilaksi kimi tanınan, həyati təhlükəli reaksiyaya səbəbolma ehtimalı da var. Bir çox insanları yaz-yay aylarında narahat edən əsas məqamlardan biri allergiyadır.

“Kaspi” qəzetinin müsahibi uşaq allerqoloq-immunoloqu, uzman Röyalə Babayevadır. O, allergiya, onu yaradan səbəblər və müalicə formaları haqqında bəhs edib.
Allergiya və yaranma səbəbləri
Röyalə xanım deyir ki, dünyada hər beş adamdan birində görünən allergik xəstəliklər onların həyat keyfiyyətinə təsir edir. Bu səbəbdən, qlobal əhəmiyyət verilən xəstəlik qrupları arasındadır:
“Ölkəmizdə çiçək tozu və toz allergiyası, həşərat dişləməsi və müxtəlif qidalara qarşı allergiyaya çox rast gəlinir. Allergik xəstəliklər, əslində, bizim üçün yad olmayan cisimlərin, qidaların orqanizmimizdə yad cisim kimi qarşılanmasıdır. İmmunitet sistemi sözügedən allergen üçün antikorlar istehsal edir. İnsan allergenlə yenidən təmasda olduqda, bu antikorlar allergiya simptomlarına səbəb olan histamin kimi bir sıra immunitet sisteminə xas kimyəvi maddələr buraxır. Allergiya simptomları insanın tənəffüs yollarına, sinuslara və burun dəliklərinə, dərisinə, həzm sisteminə təsir göstərə, allergik reaksiyaların şiddəti yüngüldən ağıra qədər dəyişə bilir. Bəzi ağır hallarda allergiyanın anafilaksi kimi tanınan, həyati təhlükəsi olan bir reaksiyaya səbəb olmaq ehtimalı da var”.

İlkin əlamətlər hansılardır?
“Allergiya ilkin olaraq uşaqlarda ekzema ilə başlayır”, - deyir həkim:
“Bunu ana başlanğıcda uşağın üzündə qızarma ilə hiss edir. Daha sonra uşağın qollarına, bədəninə doğru yayıla bilər. Bu dönəmdə ilk şübhələrimiz ana südündəki kobud proteinlər (inək südü protein allergiyası və yumurta) üzərində dayanır. Uşaq böyüdükcə allergiya xırıltı, xışıltı, öskürək simptomları ilə irəliləyir. Bunlar sonradan bronxit və allergik astmaya çevrilir. Astmanın gecə boyu öskürək, nəfəs daralması, tez yorulma kimi əlamətləri var. Əvvəl bronxların tutulması, sonradan isə üst tənəffüs yollara keçməsi ilə inkişaf edir və böyüdükcə 6-12 yaşlarda allergik rinitə çevrilir. Allergik rinitdə, əsasən, uşağın burnunda axıntı, tıxanıqlıq, asqırma olur. Əgər uşağınız uzun müddət asqırırsa, üz formasında dəyişiklik (yəni bir qədər uzanıbsa) varsa, dərisində ekzema görürsünüzsə (quruluq), ağızdan pis iy gəlirsə, gözünün altında tünd rəng yaranıbsa, bu, artıq rinitin əlamətləridir”.
Allergik olma şansı
“Uşaqda allergik xəstəlik olma şansı ana-atada allergik rinit varsa 50 faiz, valideynlərdən birində varsa 25 faiz, genetik yoxdursa, 13 faiz civarında ola bilər. Genetik faktordan başqa, çevrə amilləri də var. Buraya çirkli hava, ananın hamiləykən siqaret tüstüsünə məruz qalması və ya düzgün qidalanmama (fast-food, çips, şokolad və s.) daxildir. Bütün bunlar bizim tənəffüs yollarımızda sağalmayan xəsarətlər yarada bilir. Nəticədə, allergiyanın böyüyənə qədər bizimlə qalma ehtimalı var”, - deyir Röyalə xanım.

Mövsümi xarakter daşıyan allergiyalar
Həkim bildirir ki, uşaqlarda daha çox süd və yumurta allergiyalarına rast gəlinir:
“Bununla yanaşı, məktəbəqədər yaşda uşaqlarda, əsasən, allergik astma yaranır ki, onun da səbəbi evdə olan tozlar, həmçinin ağacların, otların tozcuqlarıdır. Amma bu, mövsümi xarakter daşıyır. Məsələn, aprel-may aylarında ağac, may-avqust aylarında çayır, avqust-oktyabr aylarında otların tozlanması başlayır ki, bu da allergiyaya səbəb olur. Qida allergiyaları, əsasən, 4-5, allergik astmalar isə 13-14 yaşlarında keçib gedir. Daha çox rinit kimi burunda olan simptomlar qalır. Tozlu yerdə yüngül asqırmalar, burunda qaşıntılar, tıxanıqlıq kimi əlamətlər böyük yaşlarda az da olsa, qala bilir”.
“Bunlar dəyişməsə, uşaq davamlı dərmandan asılı olacaq”
Həkim allergiyanın başqa səbəblərindən də danışdı:
“Evdə - mətbəxdə, hamamda, ayaqyolunda, xüsusən kafellərin arasına dolan kif-göbələk də allergiya yarada bilir. Dərmanlara qarşı da allergiya olur. Buna daha çox böyük yaşlarda rast gəlinir. Bəzən əvvəldən allergiya verməyən dərman, sonradan allergiyaya səbəb olur. Məsələn, antibiotiklər yoxlanılmadan vurulmur. Yun tərkibli parçalardan tikilən geyimlərdən də allergiya yarana bilər. Yun özünə həmişə toz yığır. Bu cür xəstələrə biz pambıq parçadan geyimlər tövsiyə edirik. Geyim dəyişən kimi allergiya da keçib gedir. Həmçinin, astma xəstələri yun yorğan-döşəyi pambıq və ya sintifona dəyişilməli, evdəki xalçaları yığışdırmalıdırlar. Qalın pərdələr də jalüzlərlə əvəz olunmalıdır ki, uşaq düzgün nəfəs alsın. Əgər bunlar dəyişməsə, uşaq davamlı dərmandan asılı olacaq. Ona görə də, ilkin olaraq allergiyanı yaradan səbəbi ortadan qaldırmaq lazımdır. Həmçinin, konyunktiviti qeyd etmək gərəkdir. Bu, göz allergiyasıdır. Havada olan tozcuqlardan gözlər qızarır, sulanır və qaşınır. Bu, mövsüm dəyişikliklərində daha çox müşahidə olunur”.

Hansı uşaqlarda psixoloji allergiya yaranır?
“Daha böyük uşaqlarda spontan övrə dediyimiz xəstəlik olur”, bildirir həkim:
“Bəzən uşaqların bədənlərində köpəşiklər əmələ gəlir. Gecələr yatmağa qoymur, çox qaşınır. Bunun səbəbi psixolojidir. Ana-atası ayrılan və ya yola getməyən, imtahana hazırlaşan, ailəsində ciddi problemi olan uşaqlarda rastlaşırıq, əsasən. Belə şeylər uşağın psixologiyasına təsir edir və gecələr qaşınmaya səbəb olan övrə yaradır. Allergik analizlərində heç bir şey çıxmır. Buna spontan övrə deyirik”.
Ana uşağa daha diqqətli yanaşmalıdır
“Dəri və saç rəngi açıq olan uşaqlar daha həssasdırlar”, - deyir Röyalə xanım:
“Adi toxunanda belə qızartı qala bilir. Onlar allergiyaya daha çox meyillidirlər. Belə olduğu halda ana uşağa daha diqqətli yanaşmalı, hər yeni qidanı az miqdarda və başqası ilə eyni vaxtda verməməlidir. Orqanizmin qəbul etdiyi qidaya reaksiyasını müşahidə etməlidir. Amma bunu da bilmək lazımdır ki, uşaqda immun sistemi bir yaşından sonra formalaşır deyə, ona qədər yüngül allergiya verən qidalar 1 yaşından sonra reaksiya verməyə də bilər. Allergiyadan qurtulmaq üçün ən yaxşı vasitə ona səbəb olan qidanı rasiondan çıxarmaqdır”.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.