• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
10.08.23 15:53
Bütün xəbərlər
347

Diqqət edilməyən leykoz əlamətləri: Damaq qanaması, yüksək hərarət, ağız yaraları...

Son dövrlər müxtəlif yaş qrupları arasında leykozdan əziyyət çəkənlərin sayı artıb. İllər ötdükcə daha da cavanlaşan bu xəstəliyin yaranma səbəbi və ilkin simptomlarını dəqiq söyləmək mümkün deyil. Tibb işçiləri bu xəstəliyin diaqnozunu qanın ümumi analizi və sümük iliyinin funksiyasının təhlilindən sonra deməyin mümkün olduğunu bildirirlər.

Amma elə insanlar var ki, bu analizləri versələr də onlara heç bir diaqnoz qoyulmayıb. İlkin simptomların səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, damaqda qanaxmalar və sair olduğu deyilir. Bəs insan bu simptomları hiss etmirsə, onda necə?

Bu xəstəlik orqanizmdə gizli irəliləyə və hamiləlik dövründə özünü büruzə verə bilərmi? Bu zaman ananı və körpəni hansı təhlükə gözləyir? Leykoz və leykemiyanın bir-birindən fərqi nədir? Bu iki xəstəlikdən hansını daha əvvəl müəyyən etmək mümkün olur? Leykoz xəstəliyinə meyllilik nədən yarana bilir? Ümumiyyətlə, leykozu daha erkən mərhələlərdə aşkarlaya bilən hər hansı alternativ müayinə metodu varmı?
Mövzu ilə bağlı həkim-hematoloq Mireldar Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, leykoz və leykemiyanın heç bir fərqi yoxdur, onlar eyni xəstəlikdir. Həkimin sözlərinə görə, leykoz onkoloji xəstəlikdir və qan yaradıcı baş hüceyrələrdə qeydə alınan xromosom dəyişikliyi səbəbindən yaranır:
“Xromosom dəyişikliyi baş verdikdən sonra yaranan hüceyrələr normal olmur və bu xəstə hüceyrələr bütün bədənə yayılaraq sonda leykemiya (Leykoz) xəstəliyini üzə çıxarır. Bir çox ədəbiyyatlarda xəstəliyin bir anda yaranması qeyd edilsə də, əslində belə deyil. Bir 20-30 il əvvələ nəzər salsaq, həkimlər bildirirdi ki, hansı ailədə, nəsildə bu xəstəlik varsa, o nəsildəki gənc ailələrdə bu xəstəliyə meyllilik daha çox olur. Məsələn, öz təcrübəmdən çıxış edərək deyim ki, bir ailədə nənədə beyin şişi, atada mədə xərçəngi xəstəliyi varsa, övladda da leykemiya xəstəliyinə rast gəlmək mümkündür.
Ailə modellərində qan qohumluğu olan (əmiuşaqları, bibiuşaqları və s.) şəxslərdə də bu xəstəliyə rast gəlinir. Amma bu, genetik deyil və 100 faiz bir nəslin bütün fərdlərində sözügedən xəstəlik aşkarlanacaq deyə, qəti bir söz demək olmaz.
Sadəcə olaraq bu o deməkdir ki, bu fərdlərdə xromosom aparatının dayanıqlılığı zəifdir. İstər xarici, istərsə də daxili amilin təsir gücündən xromosomlar mutasiyaya uğrayaraq dəyişir və onkoloji xəstəliklərə münbit şərait yaranır. Xromosom aparatı güclü olan ailə fərdlərində bu cür xəstəliklərə rast gəlinmir”.

Həkim-hematoloq deyib ki, ötən əsrdə Yaponiyanın Hiroşima şəhərinə atılan bombalar və Ukraynanın Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ətrafa yayılan radiasiya səbəbindən onkoloji xəstəliklər sürətlə çoxalıb:
“Hər iki hadisədən sonra yüz minlərlə insan bu radiasiyaya məruz qaldı, amma onların hər biri onkoloji xəstəliyə, qan xərçənginə tutulmadı. Bu infeksion xəstəlik deyil ki, yoluxuculuq gücü ilə yayılsın. İnsanların genetik xromosom aparatının dayanıqlı və zəif olmasından çox şey asılıdır. Bu, xarici amil kimi qiymətləndirilir.
Hər bir insanda onkogen var. Yəni, bütün insanların onkoloji xəstəliyə tutulma riski var. Ancaq bu onkogenə nəzarət edən başqa bir gen var. Həmin genin fəaliyyəti müxtəlif onkogenə bilavasitə nəzarət etməkdir. Daxili amillər səbəbindən bu genin fəaliyyəti pozulur və bu zaman aralığında onkogen inkişaf edərək xəstəliyi törədir. Burada stress faktoru ən güclü roldur”.
Bəs, bu xəstəlik orqanizmdə gizli irəliləyə və hamiləlik dövründə özünü büruzə verə bilərmi? Həkimin sözlərinə görə, leykoz gizli inkişaf edən xəstəlik deyil:
“Bu xəstəlik gizli gedə bilməz. Eləcə də hamiləlik dövründə leykoz aşkarlanırsa, o demək deyil ki, hamiləlik leykozun yaranmasına səbəb olur. Hamiləlik ilə leykoz arasında hər hansı əlaqə tapmaq tibbi cəhətdən mümkün deyil. Leykemiya (leykoz) xəstəliyi yarandıqdan bir müddət sonra simptomları özünü büruzə verməyə başlayır. Həmin o xromosom aparatının zəifliyi nəticəsində kənar amillər səbəbindən yaranan xəstə hüceyrələr ilk növbədə iliyi tutur. Sümük iliyi tutulandan sonra normal qan yaradan hüceyrələrin sayı kəskin formada azalmağa başlayacaq. Məsələn, analiz nəticələrində eritrositlərin sayı azalırsa, bu pasiyentdə tədricən anemiya (qan azlığı) yaranmasına səbəb olacaq. Bu halda hökmən trombositlərin də sayı azalacaq. Bu zaman qanın laxtalanma prosesi pozulur, dəridə göyərmələr, diş dibindən, burundan qanaxmalar, eləcə də sidik və bağırsaq yolları ilə qanaxmalar başlaya bilər.
Eyni zamanda orqanizmdə immuniteti qoruyan leykositlərin azalması səbəbindən bu, infeksion xəstəliklərin - ağız yaralarının, yüksək hərarətin, daxili orqanlarda iltihab xəstəliklərinin və sairin də yaranmasına gətirib çıxarır. Bu simptomların üzə çıxması ilə xəstəliyin yaranmasına səbəb olan qan hüceyrələrindəki mutasiya iki-üç ay və ya bir qədər artıq vaxt aparır. Gənc xanımlarda bu proses hamiləlik dövrü ilə üst-üstə düşə bilər. Bu, sadəcə bir təsadüfdür. Hamiləlik bu xəstəliyin nə yaranmasına təkan verir nə də hər hansı rol oynayır. Təəssüf ki leykozu daha əvvəl aşkarlayacaq heç bir tibbi metod yoxdur”.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.