• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
16.08.23 12:44
Bütün xəbərlər
211

Teymur Musayev Səmərqənddə səhiyyə nazirlərinin III iclasında çıxış edib


Özbəkistan Respublikasının Səmərqənd şəhərində avqustun 16-da Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi öz işinə başlayıb.

Türk Dövlətləri Təşkilatının və Özbəkistan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamları iştirak edirlər. Tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Açılış nitqi ilə çıxış edən Səmərqənd vilayətinin başçısı Erkinjon Turdimov tədbir iştirarakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.
Öz çıxışında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin səmərəli keçəcəyinə və gələcəkdə səhiyyə sahəsində əlaqələrin daha da möhkəm təməl üzərində qurulacağına əminliyini ifadə edib. Kubanıçbek Ömüralıyev müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın işinə mühüm təkan verəcəyini qeyd etdi.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatı və Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıb: “Prezident İlham Əliyev TDT-nin IX Zirvə görüşündə çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Dövlət başçılarının birbaşa dəstəyi və himayəsi altında ölkələrimizin ictimai, siyasi, iqtisadi, mədəni, sosial həyatının bütün sahələrində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu həm Təşkilat çərçivəsində, eyni zamanda ikitərəfli münasibətlərdə özünü ən yüksək şəkildə göstərir”.
Azərbaycanın səhiyyə naziri ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaratdığını vurğuladı: “Təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bugünkü platforma nəinki təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları üçün geniş perspektivlər müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin başlıca istiqamətləri kimi hesab edirik. Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir”, - deyə Teymur Musayev fikrini tamamladı.

Öz çıxışlarında Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov, Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə nazirinin birinci müavini Tilek Mamadaliyev, Tacikistanın səhiyyə naziri Jamoliddin Abdullozoda, Rusiya Federasiyası Tatarıstan Respublikasının səhiyyə naziri Marsel Minnullin beynəlxalq tədbirin dünya ölkələrindən olan tərəfdaşlar arasında səhiyyə sahəsində əməkdaşlığın yeni perspektivlərin yaradacağına və bu istiqamətdə birgə fəaliyyətin təşviqinə mühüm töhfə verəcəyini vurğuladılar. Eyni zamanda, Türk Tibb Dünyası Konqresi iştirakçıların səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacaq. Konqresdə mütərəqqi ideya və texnologiyaların tətbiqi ilə təşkilata üzv dövlətlərinin səhiyyə sistemlərində birgə informasiya məkanının yaradılması, əczaçılıq sənayesi və tibbi avadanlıqların istehsalı sahəsinə investisiyaların cəlb edilməsi, tibbi turizm və tibbi xidmətlərin göstərilməsində dövlət-özəl tərəfdaşlığının inkişafının vacibliyi qeyd edildi.
Sonda Türk Tibb Dünyası Konqresinin yekun sənədi - Birgə Bəyannamə qəbul edilib.
Daha sonra Türk Tibb Dünyası Konqresi ilə paralel keçirilən “Özbəkistan-Türkiyə səhiyyə biznes forumu”nun sərgisi ilə tanışlıq olub. Forum iştirakçıları ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Türk Tibb Dünyası Konqresi öz işini avqustun 17-də yekunlaşdıracaq.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.