• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
4.09.23 11:30
Bütün xəbərlər
308

Bel ağrılarının yaranma səbəbi açıqlanıb - MÜSAHİBƏ


“Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova nazirliyin rəsmi saytına müsahibəsində deyib.



Onunla müsahibəni təqdim edirik:
- Mərziyyə xanım, öncə bilmək istərdik ki, bel ağrılarının yaranma səbəbləri nədir?
- Müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir. Belə ki, artıq bəzi işlər onlayn şəkildə həll edilir, ictimai nəqliyyat əlçatandır, insanlar həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirirlər. Əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşayiət olunan xəstəliklər xeyli cavanlaşıb. İlk növbədə dayaq-hərəkət sistemində biomexaniki pozuntular, degenerativ dəyişikliklərin geniş yayılması, orqanizmdə durğunluq bunun səbəbi ola bilər.
Təcrübəmdə hər ikinci pasiyent bel ağrısı ilə müraciət edir. Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir. Onu da qeyd edim ki, əksər pasiyentlər qadınlardır. Bunun səbəbini araşdırarkən əksəriyyəti ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər.
Düzdür, hamiləlik və analıq qadının orqanizmində xüsusi dəyişikliklərə səbəb olur. Belə ki, hormonal fon dəyişir, əzələ-dayaq aparatına yük düşür, avitaminoz və digər problemlər ortaya çıxır. Lakin bunlar hamısı zəif olan orqanizmin əlamətləridir ki, sonradan hamiləlik zamanı bu problemlərin daha da kəskinləşməsinə gətirib çıxarır.
Bel ağrıları zamanı düzgün diaqnozun qoyulmasında şikayətlərin müddəti önəmli faktorlardandır. Onlar müddətdən asılı olaraq kəskin və xroniki ağrılara bölünür. Qızıl standart olaraq 12 həftə götürülür. Belə ki, 4-12 həftəyədək olan müddətdə ağrılar kəskin/yarımkəskin kimi, 12 həftədən çox olan ağrılar isə xroniki kimi qiymətləndirilir.
Beynəlxalq təsnifata görə, spesifik və qeyri-spesifik bel ağrılarına səbəbi bəlli olan onurğa sınıqları, anomaliyaları, törəmələri, sinir/kökcük/onurğa beyin sıxılmaları və s. aiddir.
Qeyri-spesifik bel ağrılarına onurğa əyrilikləri, əzələ ağrıları və s. şamil olunur. Eyni zamanda, qeyri-spesifik bel ağrıları mexaniki (lümbaqo) və qeyri-mexaniki ağrıya (mərkəzi sensitivlik sindromları, psixoloji problemlər və s.) bölünür.
- Bel ağrıları zamanı nə etmək lazımdır?
- Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir. İlk növbədə nevroloji müayinə aparılır və pasiyentə əyani baxış keçirilir. Bu zaman onun yerişi, hərəkətlərinin həcmi, əzələ gücü, tonusu, ağrı dərəcəsi, fizioloji və patoloji refleksləri və hissiyyatı yoxlanılır.
Bundan sonra lokal olaraq zədələnmə səviyyəsi və instrumental diaqnostik müayinə metodu seçilir. Lakin praktikada əksər hallarda bel ağrısı olan kimi pasiyentlərin həkim məsləhəti olmadan rentgen, maqnit rezonans və kompüter tomoqrafiya müayinəsindən keçməsinin şahidi oluruq. Nəticədə müayinə lazımsız yerə aparılır.
Bəzən isə təsadüfən tapılan və nevroloji təzahür verməyən yüngül protruziyalar zamanı pasiyentlər bütün şikayətlərinin səbəbini neyrogörüntüləmə müayinəsinin cavabında görürlər. Halbuki, nevroloji təzahürü olmayan, şikayət verməyən təsadüfi tapıntılar (insidentalomalar) müalicə tələb etmir.
Neyrogörüntüləmə ilə yanaşı, diaqnozun dəqiqləşməsi üçün EMQ (elektromioqrafiya) müayinəsi də aparıla bilər. Bu zaman sinir-əzələ sisteminin obyektiv qiymətləndirilməsi aparılır.
- Bel ağrıları necə müalicə olunur?
- Bəzən kəskin və yarımkəskin ağrı sindromlu pasiyentlər bir neçə gün ərzində, hətta müalicəsiz də sağala bilərlər. Bunu nəzərə alaraq, onlara, əsasən, qeyri-farmakoloji müalicə təklif olunur. Belə ki, buraya isidici prosedurlar, masaj, iynəbatırma (akupunktura) və ya manual/osteopatik terapiya və s. aiddir.
Lakin dərman müalicəsinə üstünlük verən pasiyentlərə qeyri-steroid iltihab əleyhinə və ya miorelaksant preparatlar təklif oluna bilər.
Xroniki bel ağrılarından əziyyət çəkən pasiyentlərə isə ilk olaraq müalicəvi idman, yoqa, multidissiplinar reabilitasiya, akupunktura, stresin idarə edilməsi metodları, koqnitiv-davranış terapiyası və sağlam həyat tərzi tövsiyə olunur. Eləcə də, ona sağlam qidalanma, konfliktlərin idarə edilməsi və əmək şəraitinin sağlamlaşdırılması da aiddir.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.