• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
22.09.23 12:15
Bütün xəbərlər
862

Həkim: “Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur”


“Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur”.

Bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, professor Fuad Həsənov nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Fuad müəllim, əvvəlcə bilmək istərdik ki, anesteziya nədir və nə üçün tətbiq edilir?
- Hər hansı xəstəlik zamanı orqanizmdə olan pozğunluğa, müxtəlif xarakterli mexaniki, termiki və digər xarici təsirlərə sinir ucları ağrı qıcığı ilə cavab verir. Bu, normal fizioloji haldır və orqanizmi xarici, daxili streslərdən, ağrı törədə bilən qıcıqlardan xəbərverici və qoruyucu xarakter daşıyır.
Əksər xəstəliklər ilk olaraq özünü ağrı ilə büruzə verir və bu ağrı olmasa, insanlar həkimə daha gec müraciət edərlər. Nəticədə xəstəliyin bir sıra fəsadları meydana çıxar və həkim müalicə prosesində ciddi çətinliklərlə qarşılaşar.
Bir çox xəstəliklərin müalicəsi yalnız cərrahi yolla mümkün olur. Cərrahi müdaxilə aparmaqla reallaşa bilən müalicə prosesinin ağrı ilə müşahidə olunması təbiidir.

Cərrahi müdaxilə mütləq olaraq ağrısızlaşdırma şəraitində aparılmalıdır ki, xəstəni istər ağrı, istərsə də cərrahi əməliyyatın digər stresor təsirlərindən qorumaq mümkün olsun. Onun məqsədi cərrahi müdaxilənin aparılması zamanı həkim-cərrah üçün tam optimal şərait yaratmaq, əməliyyatın xəstə üçün tam ağrısız keçirməsini, onun həyati təhlükəsizliyini təmin etmək, mümkün qədər komfortlu, rahat şərait yaratmaqdan ibarətdir.
Həkim-anestezioloq əməliyyat müddətində həyat əhəmiyyətli orqanların fəaliyyətində, əməliyyatın xarakterindən asılı olaraq, baş verə bilən hər hansı pozğunluqların qarşısını alır. Həmçinin müəyyən bir pozğunluq - əməliyyat zamanı qanitirmə, ürək fəaliyyətində olan dəyişiklik, gözlənilməyən zədələnmə və s. müşahidə edilərsə, intensiv müalicə tədbirlərini aparır.
- Doktor, həyat əhəmiyyətli orqanlar hansılardır?
- Əlbəttə ki, bütün orqan və sistemlər insan həyatı üçün vacibdir. Yəni insan orqanizmində onun gündəlik normal fəaliyyəti üçün lazım olmayan orqan, toxuma, sistem yoxdur. Həyat əhəmiyyətli orqanlar dedikdə, yoxluğu və ya funksiyalarının dayanması ölümlə nəticələnən orqanlar başa düşülməlidir. Bunlara əsasən ürək, baş, ağciyərlər, qaraciyər, böyrəklər, mədəaltı vəzi aiddir.
Təbabətin indiki inkişaf səviyyəsi insana bir böyrəklə yaşamağa imkan verir. Yəni süni böyrək aparatının tətbiqi ilə aparılan hemodializ seansları, yaxud böyrək köçürmə ilə bu mümkün olur.
Beləliklə, istər cərrahi əməliyyatlar zamanı, istərsə də müxtəlif xəstəliklər səbəbindən aparılan intensiv terapiya prosesində həyat əhəmiyyətli orqanların fəaliyyətinə daimi ciddi nəzarət etmək və baş verən pozğunluqların korreksiyası istiqamətində həkim anestezioloq-reanimatoloqun üzərinə ciddi öhdəliklər düşür. Bu, təbabətin çox yüksək erudisiya, bilik, diqqət və daimi fasiləsiz nəzarət tələb edən məsuliyyətli sahəsidir.
- Anesteziyadan sonra hansı yan təsirlər ola bilər?
- 1970-ci illərə qədər aparılan cərrahi müalicə zamanı tətbiq edilən ümumi və yerli anesteziyalardan çoxsaylı müxtəlif fəsad olurdu. Beləliklə, insanları cərrahi əməliyyatın özündən daha çox anesteziya və onun fəsadları qorxudurdu. Odur ki, xəstənin narkozdan ayılması, salamat çıxması ilk sevinc doğuran hadisə kimi qəbul edilirdi. Həmin dövrlərdə narkoz vəziyyətini yaratmaq üçün tətbiq edilən dərman maddələrinin (bunlara anestetiklər deyilir) əksəriyyəti toksiki və arzuolunmaz yanaşı təsirlərə malik idilər. Bu yanaşı təsirlərin çox təsadüf edilənlərindən biri də qusma idi. Məhz bundan sonra narkozun bədəndən çıxdığını qəbul edir və təhlükənin sovuşduğunu zənn edirdilər. Bu, qətiyyən düzgün fikir deyil. Anesteziyanın təsiri hələ müəyyən müddət davam edir və başqa fəsadlar da ola bilər. Narkoz bədəndən mədə-bağırsaq sistemi ilə, qusma ilə xaric olmur. Ümumi anesteziya zamanı istifadə olunan dərman preparatları əsasən ağciyərlər, böyrəklər və qaraciyər vasitəsilə xaric olur və ya neytrallaşdırılır. Son bir neçə onillikdə anesteziologiya əhəmiyyətli dərəcədə inkişaf edib və ümumi anesteziyaya baxış, onun aparılması, idarə olunması yüksək səviyyəyə çatıb.
Bu proses həm yüksək texniki imkanları olan müasir narkoz tənəffüs aparatlarının, həyat əhəmiyyətli orqanların fəaliyyətinə fasiləsiz nəzarət aparmağa imkan verən cihazların (monitorların) əldə edilməsi, həm də toksiki və arzuolunmayan təhlükəli yanaşı təsiri çox az olan dərman maddələrinin (anestetiklərin) anestezioloji arsenala təqdim edilməsi ilə həyata keçirilir. Az toksiki təsiri olan preparatlar imkan verir ki, müasir anesteziologiyada qusma və digər neqativ hallar, başqa fəsadlar çox az hallarda təsadüf edilsin. Mədənin zondlanması, yəni mədəyə xüsusi boru (mədə zondu) salınaraq, onun yuyulub təmizlənməsi də bu istiqamətdə aparılan profilaktik tədbirlərdəndir. Eyni zamanda, yüksəkixtisaslı kadrların, həkim anestezioloq-reanimatoloqların yetişməsi burada olduqca mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, texniki və medikamentoz təminatında mühüm nailiyyətləri olan müasir anesteziologiya cərrahi müdaxilə zamanı aparılan anesteziyalarda xəstənin həyat riskinin xeyli azalmasına rəvac verir. Təhlükəsiz anesteziya məsələlərinin araşdırılmasına həsr olunan innovativ elmi-nəzəri və praktiki tədqiqatlar bu gün də davam etdirilir.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
1 038
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 274
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
829
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
1 005
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
802

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.