• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
24.10.23 12:35
Bütün xəbərlər
323

Teymur Musayev ÜST-nin sessiyasında çıxış edib



Astanada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası öz işinə başlayıb.

Medicalmedia.az
xəbər verir ki, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər yüksək vəzifəli rəsmiləri, və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan Respublikası sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirdə Regional Komitəyə üzv dövlətlərdə insanların sağlamlığının qorunması, sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri və səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemlər müzakirə edilib.

Sessiyanın açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Henri Kluge çıxış ediblər. Bildirilib ki, 2023-cü ildə ÜST-nin yaradılmasının 75 illiyi və İlkin Səhiyyə Xidməti (İSQ) üzrə Alma-Ata Bəyannaməsinin imzalanmasının 45 illiyi qeyd olunur. Buna görə də, sessiyanın Avropa Regionunun sağlamlığı və rifahının təmin olunmasında irəliləyişləri müzakirə etmək, son 75 il ərzində ictimai səhiyyə sahəsində mühüm nailiyyətləri qeyd etmək, gələcək problemlərin həlli ilə bağlı təcrübə mübadilələrinin aparılması üçün əla fürsət olacaqdır.



Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir: “Qlobal miqyasda gözlənilən ömür uzunluğu artığından, biz bütün vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirməliyik. Azərbaycan Respublikası Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hədəflərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.

Teymur Musayev vurğulayıb ki, fövqəladə hallara daha yaxşı hazırlıq və onun nəticələrinin vaxtında aradan qaldırılması davamlı qlobal səhiyyə infrastrukturunu tələb edir: “Qlobal sağlamlıq üçün riskləri azaltmaq və şoka davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir”.

Nazir qeyd edib ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. “2020-ci ildə 44 günlük Vətən Müharibəsi və ötən ay həyata keçirilən lokal anti-terror əməliyyatı nəticəsində Azərbaycan bütün ölkə üzərində öz suverenliyini bərpa edib. İndi biz işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması istiqamətində böyük işlər görürük. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə səhiyyə xidmətlərinin göstərilməsi artıq təşkil olunub. Lakin əvvəllər işğal olunmuş torpaqların mina və partlayıcı maddələrlə hədsiz dərəcədə çirklənməsi böyük qayıdış prosesinə ciddi əngəl törədir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 300-dən çox vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, bizim səhiyyəmiz üçün də ciddi problemdir”, - deyə nazir bildirib.

Oktyabrın 26-ı yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrə davam edəcək.

Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.

Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Görüşdə Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar nəticəsində bu sahənin yeni müasir konsepsiyalara uyğun modernləşdirilməsi, rəqəmsallaşdırma, uğurlu beynəlxalq təcrübədən istifadə, ilkin səhiyyənin və tibb təhsilinin inkişafı, uşaqların peyvəndlənməsi istiqamətlərində bir çox mühüm işlər həyata keçirilib, yeni qanunvericilik sənədləri hazırlanıb”,-deyə nazir vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin yenidən qurulmasına başlandığını deyən Teymur Musayev bildirdi: “Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır. Ötən ay həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində mülki əhaliyə zərər dəyməyib, yalnız legitim hərbi infrastruktur hədəfə alınıb”.

Həmçinin, nazir BMT-nin nümayəndələrinin Azərbaycanın Qarabağ regionuna səfəri çərçivəsində mövcud vəziyyətin müsbət qarşıladığını qeyd edib: “Həmin bölgədə yaşayan əhali dərhal qida və dərman preparatları ilə təmin edilib. Xankəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və zərər çəkmiş şəxslərə təcili tibbi yardımın göstərilməsi təşkil edilib”.

Teymur Musayev bildirib ki, Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasındadır: “Azərbaycanın Ermənistan tərəfindən minalanmış ərazilərində mülki şəxslər bu gün də həyatlarını və sağlamlıqlarını itirirlər. Dövlətimizin minalardan təmizlənməsi üzrə atdığı bir çox addımlara baxmayaraq Ermənistan 30 il ərzində yerləşdirdiyi minaları təmizləmək uzun bir prosesdir”.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti cənab İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib.

Həmçinin, bu yaxınlarda təşkilatın Avropa Regional direktoru Hans Henri Klüqenin Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu haqqında ətraflı məlumata və bu bölgədə yaşayan insanların sağlamlığının qorunması sahəsində görülən işlərə görə təşəkkürünü çatdırıb.

Tedros Adhanom Qebreyesus xüsusən, Qoşulmama Hərəkatına Azərbaycanın sədirliyini, pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları yüksək qiymətləndirib. O, ÜST-nin Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarsalandığını və dəstəklədiyini vurğulayıb.

Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
997
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 231
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
787
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.