• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
24.10.23 16:29
Bütün xəbərlər
369

Xidmətlər Zərfində dəyişiklərin faydası – yeni təkliflərin hansı üstünlükləri var?


Azərbaycanda vətəndaşlar üç ilə yaxındır ki, əvvəllər sağalması bəzi hallarda mümkünsüz görünən bir çox ağır xəstəliklərdən icbari tibbi sığorta sayəsində xilas ola bilir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daha 775 yeni tibbi xidmət əlavə olunaraq bu say 3315-ə çatdırılıb.

Medicalmedia.az
xəbər verir ki, siyahıya sümük iliyi, böyrək və qaraciyər transplantasiyaları, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, qapalı icra olunan ürək qüsurlarının cərrahiyyəsi də daxil olmaqla böyük maliyyə tələb edən mürəkkəb əməliyyat daxildir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinovun bildirdiyinə görə, əlavə və dəyişikliklər zamanı beynəlxalq təcrübə, ixtisaslı həkim rəyləri və vətəndaş müraciətləri nəzərə alınıb:

“Hazırda Xidmətlər Zərfi təkmilləşdirilib, tamamlama işləri aparılıb və əvvəllər olmayan bir sıra xidmətlər Zərfə əlavə edilib. Xidmətlərin yenilənməsi və sayının artması vətəndaşların faydasınadır. Onların cibdən ödəniş etmədən, sığorta hesabına yararlana biləcəkləri tibbi xidmətlərin sayı artıb. Həmçinin tibb müəssisələrində maliyyə dayanıqlığı artıb. Əhatə olunan tibbi xidmətlər hesabına daha çox gəlir əldə etmək mümkün olacaq. O xidmətləri göstərən həkimlərin də əməkhaqqının artması imkanı yaranıb. Xidmətlər Zərfi ilə təminata alınan stasionar cərrahi əməliyyatların sayında da artım olub. Müxtəlif cərrahi profillər üzrə ixtisaslı həkimlər bu prosesə cəlb olunub və istifadəsinə tibbi göstəriş olan və köhnə Zərfdə yer almayan bir sıra əməliyyatları da yeni Zərfə əlavə ediblər. Bu baxımdan, bud-çanaq və diz oynağı endoprotezləşdirilməsi ilə yanaşı dirsək və çiyin oynağı total dəyişdirilməsini qeyd edə bilərik. Həmçinin ürək-damar cərrahiyyəsinə aid əməliyyatlardan ürək qapaqlarının protezləşdirilməsi, anevrizma, qapalı icra olunan ürək qüsurlarının aradan qaldırılması yeni Xidmətlər Zərfinin təminatı ilə mümkün olub”.

N. Şirinov bildirir ki, laborator xidmətlərin sayında da artım olub. Xidmətlər Zərfinə 200-ə yaxın yeni laborator tibbi xidmət əlavə olunub. Daha konkret desək, vətəndaşları ən çox narahat edən laborator analizləri də artıq sığorta ilə qarşılamaq mümkündür:

“Vətəndaş müraciətləri əsasında laborator analizlərdən allergenlərin müəyyən olunması üçün allergik panellər Xidmətlər Zərfində təminata alınıb.
Təkmilləşdirilmiş Xidmətlər Zərfində bir çox xidmətlərin limitlərinə də yenidən baxılıb. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları limitli şəkildə icra olunurdusa, dəyişiklikdən sonra limitlər aradan qaldırılıb. Həmçinin fizioterapiya xidmətlərində ambulator şəraitdə istifadə limiti 30 müraciətədək artırılıb. Orqan transplantasiyası da limitli şəkildə artıq Xidmətlər Zərfi ilə təminata alınıb. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20-dir”.
Agentliyin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin baş məsləhətçisi Şamxal Cəmilzadənin sözlərinə görə, Xidmətlər Zərfindəki tibbi xidmətlərin tarifində artım olub: “Köhnə Xidmətlər Zərfi 2020-ci ilin əvvəlində təsdiqlənmişdi və 2019-cu ilin qiymətlərini özündə ehtiva edirdi. Bu illər ərzində 30%-dən çox kummulyativ inflyasiya baş verib və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən cari ilin avqust ayında Xidmətlər Zərfi yenilənib. Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb. Araşdırma nəticəsində Xidmətlər Zərfində 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb, beləliklə, tibbi xidmətlərin 56%-nin tarifində artım olub. Bununla həkimlərin bonuslarının 50 faizdən çox artacağı proqnozlaşdırılır”.

Agentliyin Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov Xidmətlər Zərfinə yeni daxil olan sümük iliyi transplantasiyası üçün əhəmiyyətli avadanlıqlar alındığını qeyd edib: “Vətəndaşlar üçün dəyəri yüksək transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə artıq əlçatandır. Sümük iliyi transplantasiyası yeni satın alınmış avadanlıqlar vasitəsilə müasir müalicə üsulu olan aferez yolu ilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək. Artıq leykoz, mieloma, limfoma kimi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin icbari tibbi sığorta çərçivəsində effektiv müalicəsi mümkün olacaq. Müasir tələblərə uyğunlaşan effektiv müalicə üsulunun tətbiqi sümük iliyi transplantasiyası əməliyyatının icrası üçün lazımi avadanlıq və resurslara qənaətə də imkan verir”.

Şöbə müdiri Agentlik tərəfindən 2022-2023-cü illərdə dəyəri 40 milyon manatdan çox olan 254 adda 3344 sayda avadanlıq, cihaz, alət və ləvazimat alındığını deyib.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
997
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 231
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
787
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
757

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.