• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
28.10.23 12:37
Bütün xəbərlər
286

ÜST, AzPC və TƏBİB peyvəndlənmənin əhəmiyyəti ilə bağlı Şirvan şəhərində maarifləndirmə tədbiri keçiriblər


Oktyabrın 27-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şirvan Şəhər Mərkəzi Xəstəxanasında peyvəndlənmə ilə bağlı maarifləndirmə tədbiri keçirib. 

Medicalmedia.az
xəbər verir ki, “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adı ilə baş tutan tədbir ÜST-nin Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə də apardığı sıx əməkdaşlıq çərçivəsində təşkil olunub. Təlim ÜST-nin Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.

Təlimi keçirməkdə məqsəd tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq, doğru bilinən yanlışlıqlara aydınlıq gətirmək və xəstəliklərdən qorunmaqda vaxtında vurulan peyvəndin əhəmiyyətini elmi sübutlar əsasında diqqətə çatdırmaqdır. 

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov və AzPC-nin İdarə Heyətinin sədri Erkin Rəhimov çıxış edərək peyvəndin uşaqların sağlamlığının qorunmasında mühüm rola malik olduğunu vurğulayıblar. Mütəxəssislər valideynlərə və tibb işçilərinə müraciət edərək, bu məsələdə uşaqlara qarşı daim diqqətli olmağı və peyvəndlə bağlı rəsmi və etibarlı mənbələrə etibar etməyi tövsiyə ediblər.

Daha sonra tədbirin birinci hissəsində Şirvan şəhərində yaşayan və peyvənd vaxtını gecikdirən 7 yaşa qədər uşaqların valideynləri ilə görüş keçirilib. AzPC-nin pediatrları Erkin Rəhimov, Əli Quliyev və Nigar Bayramova tərəfindən valideynlərə peyvəndin əhəmiyyəti haqqında ətraflı informasiya verilib, peyvəndlə bağlı tərəddüdlər barəsində müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Günün ikinci hissəsində isə AzPC-nin mütəxəssisləri tibb işçiləri üçün peyvəndlə əlaqədar mühüm mövzularda sessiyalar keçirərək, onlara geniş məlumat verib. Sessiyalar rutin vaksinasiya, peyvənd tərəddüdü, peyvəndlə qarşısı alına bilən müxtəlif xəstəliklər üzrə mövzuları əhatə edib. Bundan başqa, tibb işçilərinin peyvəndlənmə ilə bağlı biliklərini yoxlamaq və tədbirin səmərəliliyini qiymətləndirmək məqsədilə təlimdən əvvəl və sonra onlayn test keçirilib.

Qeyd edək ki, tədbirdə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, həmçinin Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, İmişli və Kürdəmir rayon mərkəzi xəstəxanalarının, eyni zamanda bu bölgələrdə yerləşən bir sıra dövlət tibb müəssisələrinin pediatrları, vaksinatorları və tibb bacıları iştirak edib.

Təlimdə ümumilikdə 44 valideyn və 117 tibb işçisi iştirak edib. Hər iki hissənin sonunda valideynlərə və tibb işçilərinə sertifikat təqdim olunub. İştirakçılar təlimdə peyvəndlə bağlı yeni məlumatlar əldə etdiklərini, bu kimi canlı müzakirə əsasında təşkil olunan maarifləndirmə tədbirlərinin çox faydalı olduğunu bildiriblər. Bir çox valideyn tezliklə övladlarının peyvəndlənməsi üçün tibb müəssisələrinə müraciət edəcəyini bildirib. Tibb işçiləri isə vaksinasiya ilə bağlı əhalini daha çox və operativ qaydada maarifləndirəcəklərini qeyd ediblər.

Qeyd edək ki, Şirvan şəhərində keçirilən sözügedən maarifləndirmə tədbiri növbəti aylarda Avropa İttifaqının dəstəyi ilə ÜST, AzPC və TƏBİB tərəfindən ölkənin bir sıra şəhərlərində də təşkil olunacaqdır.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 231
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
787
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.