• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
24.11.23 10:48
Bütün xəbərlər
243

Ailə qurmaq istəyən şəxslərə genetikdən ÇAĞIRIŞ - FOTO


“Ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlər mühüm rol oynayır”.

Medicalmedia.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, genetik Zakir Bayramov nazirliyin rəsmi saytına verdiyi müsahibədə deyib. 

- Zakir həkim, əvvəlcə bilmək istərdik ki, tibbi-genetik məsləhətlərin aparılması ailə planlanlaşdırılmasında və reproduktiv sağlamlıqda hansı mühüm əhəmiyyət kəsb edir?

- Ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlər mühüm rol oynayır. Onlar anadangəlmə xəstəliklərin və ya irsi yolla ötürülə bilən genetik patologiyaların risklərini müəyyən etməyə kömək edir. Həmçinin, ailənin gələcək hamiləlikləri ilə bağlı əsaslandırılmış qərarların qəbul edilməsi və doğulacaq uşaqların sağlamlığının qorunması üçün müvafiq üsullar seçməsinə imkan verir.
Genetik testlər, eyni zamanda, valideynlərdə mümkün genetik problemləri müəyyən etməyə kömək edə bilər, onlara ailə planlamasında alternativ imkanlardan istifadə etməklə bağlı qərar verməyə şərait yaradar.

- Ümumiyyətlə, genetik məsləhətlərin hansı növləri var?

- Tibbi-genetik məsləhət müxtəlif vəziyyətlər üçün nəzərdə tutulan bir neçə növdən ibarətdir. Bu, prospektiv və retrospektiv adlandırılan iki böyük qrupdur. Prospektiv növlərə prenatal (döldə genetik xəstəliklərin inkişaf riskini qiymətləndirilməsi), genetik və prekonsepsiya genetik məsləhət (genetik xəstəliklərin doğulmamış uşaqlara keçmə risklərini qiymətləndirmək) aiddir. Retrospektiv genetik məsləhət isə postnatal (uşaq doğulduqdan sonra genetik xəstəlik və ya anomaliya aşkar edildikdə ailəyə növbəti addımları planlaşdırmaq üçün məsləhətlər) və genetik xəstəliklərin daşıyıcılığı halları (ailədə genetik xəstəliklər və ya genetik meyl əlamətləri olan insanlara riskləri qiymətləndirmək və profilaktik tədbirlər görmək üçün məsləhətlər) formalarında təzahür edir. Hər iki konsultasiya növündən sonra aparılan müayinə və toplanan anemnezə əsasən genetik analizlər təyin olunur.

- Bəs genetik testlər necə götürülür?

- Genetik testlərin əksəriyyəti pasiyentə heç bir ağrı yaşatmadan götürülür. Belə ki, nümunəni əldə etmək üçün ağız boşluğundan götürülən yaxma kifayət edir. Bunun üçün pasiyentin hansısa bir toxuması və ya bioloji material (tük soğanağı, dırnaq, dəri, skelet, toxuma parçası və s.) belə yetərlidir. Lakin elə genetik testlər də var ki, onlar klassik üsulla - venoz damardan 2-5 ml qan götürülməklə həyata keçirilir.

- Genetik analizlərin onkoloji xəstəliklərin aşkar olunmasında rolu nədən ibarətdir?

- Onkologiyanın müxtəlif növlərinə irsi meylinin müəyyən edilməsində genetik diaqnoz mühüm rol oynayır. Bu, müəyyən xərçəng növlərinin (döş, yumurtalıq, bağırsaq, prostat, ağciyər, dəri və s.) inkişaf riskinin artması ilə əlaqəli ola biləcək genlərdəki dəyişiklikləri müəyyən etməyə kömək edir.

- Testlər sayəsində genetik xəstəlikləri müəyyənləşdirmək mümkündürmü?

- Genetik testlər diaqnozu aydınlaşdırmağa və ya mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcək. Lakin, bunun üçün genetika mütəxəssisinə müraciət etmək tövsiyə olunur. Genetik testlərin sayı və müxtəlifliyi çox genişdir. Məhz buna görə də, bu seçimi mütəxəssis özü etməlidir.

- Genetik patalogiyalar genlərdə hansı dəyişikliklərə gətirə bilər? Bu kimi hallarda hansı genetik analizlərin aparılması məqsədəuyğundur?

- Genetik patologiyalara genlərdəki mutasiyalar və ya xromosomlarda struktur və kəmiyyət dəyişiklikləri səbəb ola bilər. Qeyd edim ki, genetik patologiyaları müəyyən etmək üçün müxtəlif genetik analiz üsulları istifadə olunur. Buraya genetik test, sitogenetik analiz, molekulyar diaqnostika, prenatal genetik skrininq, biokimyəvi testlər və s. aiddir.

- Valideyn olmaq istəyən şəxslərin hansı yaşda genetik testlərdən keçmələri mütləqdir?

- Hər bir şəxsin ailə qurmazdan öncə genetik testdən keçməsi vacibdir. Bunun üçün yaşın heç bir fərqi yoxdur. Onu da qeyd edim ki, müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa götürülməsinə ehtiyac olmur.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.