• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
30.11.23 09:48
Bütün xəbərlər
283

“Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir keçirilib


Səhiyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə noyabrın 29-da “Bakı KOB evi”ndə “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir və “Özəl Tibb Müəssisələri Assosiasiyası” ilə görüş keçirilib.

Tədbir Azərbaycanda sahibkarlığın inkişafında, o cümlədən özəl tibb biznesinin formalaşmasında müstəsna rolu olan ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub. 

Tədbir çərçivəsində “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin ilk iclası da baş tutub.

Müvafiq dövlət qurumlarının nümayəndələrinin, tibb sahəsində fəaliyyət göstərən iş adamlarının iştirakı ilə keçirilən tədbirdə özəl tibb sektorunun mövcud çətinlikləri və onların həlli yolları, gələcək inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, yeni yaradılan “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. 

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bir çox sahələri kimi, səhiyyənin də inkişaf tarixini yazıb: 

“Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə daim özəl tibb fəaliyyətinə dəstək verib. 1999-cu il dekabrın 30-da qəbul olunan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu bunun ən bariz nümunəsidir. Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir”. 

Nazir qeyd edib ki, hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir və bunlardan 1274-ü ambulator, 110-u stasionar tibbi xidmət təminatçısıdır: 

“Səhiyyə Nazirliyi həm dövlət tibb müəssisələrində, həm də özəl müəssisələrdə çalışan tibb işçilərinin fəaliyyətini dəstəkləyir və yüksək qiymətləndirir”. 

Prezident İlham Əliyev tərəfindən sahibkarlıq sahəsinə verilən dövlət dəstəyi nəticəsində özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artdığını vurğulayan Teymur Musayev bildirib: 

“2022-ci ilin dekabrında qəbul olunan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu səhiyyə sisteminin iştirakçıları arasında qarşılıqlı səmərəli fəaliyyət üçün geniş imkanlar açır. Ölkə rəhbərliyi tərəfindən insan kapitalı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində tibb müəssisələri müxtəlif ixtisaslı tibb mütəxəssisləri ilə komplektləşdirilib. Özəl sektora dövlət dəstəyi sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olmaqla yanaşı, bu sahədə nəzarəti də şərtləndirir”. 

Nazir özəl tibb müəssisələrini vahid platformada birləşdirərək, fəaliyyətləri ilə bağlı yaranan müxtəlif məsələlərin aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına vaxtında və düzgün çatdırılmasında “Özəl Tibb Müəssisələri Assosiasiyası”nın təsis edilməsini vacib addım kimi qiymətləndirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dövlət-özəl dialoqunun inkişafına dəstəyi, biznes subyektlərinin çətinliklərinin və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil olunan görüşlər və ictimai müzakirələr, sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOB evlərində təqdim edilməsi barədə məlumat verib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin tibbi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektləri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalarda dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlər göstərilir. 

Çıxışında ASK-nin prezidenti Məmməd Musayev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri də özəl səhiyyə sisteminin tətbiqi olub. Onun sözlərinə görə, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət yetirir, eyni zamanda rəqabətə davamlı özəl tibb müəssisələrinin yaradılmasına böyük töhfə verir.   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar, eyni zamanda özəl və dövlət tibb müəssisələri arasında sağlam rəqabətin yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib. Bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan olub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da fikirlərini bölüşüb:

“Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Günel Əliyeva assosiasiyanın fəaliyyəti barədə məlumat verib: 

“Assosiasiya insanların sağlamlığının qorunması, tibbi xidmət imkanlarının artırılması və səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb”. 

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli səhiyyəmizin inkişafına göstərdiyi diqqət və qayğıya, bu sahədəki fəaliyyətlərinə həsr olunan “Özəl səhiyyə” filmi nümayiş olunub. 
Həmçinin, Səhiyyə Nazirliyinin, KOBİA-nın və Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə sahibkarların suallarının cavablandırıldığı və təkliflərinin dinlənildiyi dəyirmi masalar təşkil olunub.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
996
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 230
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
786
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
961
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
756

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.