• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
15.12.23 14:18
Bütün xəbərlər / Manşet
388

TƏBİB “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirib



Dekabrın 14-də Respublika Perinatal Mərkəzində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib. 
 
Medicalmedia.az
xəbər verir ki, müşavirədə TƏBİB-in İcraçı direktorunun müavin və müşavirləri, struktur bölmə rəhbərləri, tabelikdə olan tibb müəssisələrinin direktorları və inzibati işlər üzrə müavinləri iştirak ediblər.
 
Vüqar Qurbanov müşavirə iştirakçılarını salamlayaraq 2023-cü il ərzində görülən işlərdən söz açıb. O, xəstəxanalarda yeni şöbələrin yaradılmasının, laboratoriyaların yenidən qurulmasının, regionlarda tibbi xidmətin çeşidinin artırılmasının vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm rol oynadığını qeyd edərək,  ümumilikdə görüləcək işlərin çox olduğunu da diqqətə çatdırıb:
 
“Növbəti ildə qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər biriniz ilk növbədə xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqəti daha da artırmalısınız. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılmalıdır. Bu gün qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza töhfə verəcəkdir”.
 
Daha sonra tibbi xidmətlər sahəsində həyata keçirilən işlər, çatışmazlıqlar və qarşıdakı illərdə nəzərdə tutulmuş tədbirlər barədə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov məlumat verib:
 
“Ötən 11 ay ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsində, tibbi xidmətlərin inkişafı  istiqamətlərdə ardıcıl işlər görülüb. İlkin səhiyyə xidmətinin təşkili istiqamətində yeni tibb məntəqələri istifadəyə verilib. Xidmətin restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görülüb. Tibb müəssisələrində yeni xidmət növləri yaradılıb, yeni şöbələr fəaliyyətə başlayıb. Mərkəzdən periferiyaya doğru xidmətin keyfiyyətinin və əlçatanlılığının təmin edilməsi prinsipi ilə regionların çoxprofilli xəstəxanalarında ixtisaslı xidmət sahələri təkmilləşdirilib. Lakin ilkin səhiyyə, həm ikincili, həm də üçüncülü xidmət mərhələlərində tibb müəssisələrində istər tibbi və qeyri-tibbi personalın fəaliyyətində, istərsə də digər sahələrdə fəaliyyəti daha da təkmilləşdirməyə ehtiyac var ki, 2024-cü ildə bu istiqamətdə daha sistemli çalışacağıq”. 
 
Tibb müəssisələrinin təminatı, beynəlxalq əməkdaşlıq barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov məruzə edib:
 
“Maliyyə resurslarının önəmli hissəsi dərman və tibbi sərfiyyata ayrılır. Beynəlxalq təşkilatlar və xarici ölkələrlə aparılan əməkdaşlıq çərçivəsində də cari ildə tibb müəssisələrinə tibbi avadanlıqlar və vasitələr ianə edilib. Məqsədimiz bu vasitələri vətəndaşlar üçün daha da əlçatan etməkdir. Bundan əlavə, tibb müəssisələrində mütəmadi monitorinqlər aparılır, aşkarlanan problemləri vaxtında aradan qaldırmağa çalışırıq. Sevindirici haldır ki, müəssisələr aşkarlanan nöqsanların aradan qaldırılmasına ciddi yanaşırlar və ötən müddət ərzində bunun sayəsində müsbət nəticələr əldə edə bilmişik”.
 
TƏBİB-in strateji inkişaf göstəriciləri, dövlət-özəl tərəfdaşlığı sahəsində aparılan işlər barədə məruzə ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı əldə olunan müsbət nəticələr, o cümlədən problem və çatımazlıqlar haqda Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva,  insan resurslarının inkişafı, kadr çatışmazlığı, işə qəbul məsələləri ilə bağlı İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev çıxış ediblər.
 
Daha sonra müəssisə rəhbərləri cari illər ərzində görülən işlərlə bağlı məruzə ediblər. 
 
Bakı üzrə poliklinikalarda mövcud vəziyyət, həyata keçirilən yeniliklər barədə Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Təcili və təxirəsalınmaz tibbi yardımla bağlı yenidənqurma işləri və mövcud vəziyyətlə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Yeni Klinikada tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində direktor Barat Yusubov, 2023-cü il ərzində Kliniki Tibbi Mərkəzdə görülən işlər və növbəti ildə tibbi xidmətin təşkili ilə bağlı hədəflər haqqında direktor Könül Ələkbərov, Abşeron Rayon Mərkəzi Xəstəxanasında ümumi vəziyyəti və iş prosesində qarşıya çıxan çətinliklər barədə direktor Azər İsmayılov məlumat verib. 
 
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov isə öz məruzələrində cari ildə görülən işlərdən, tibbi xidmətin daha keyfiyyətli və əlçatan olması istiqamətində müəyyən edilən hədəflərdən bəhs ediblər.
 
Məruzələrin yekununda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib:
 
“Bu gün 10 milyondan çox əhaliyə xidmət edən bir qurum olaraq, vətəndaşlardan gələn şikayət və təkliflərlə yanaşı, təşəkkür də alırıq. Vətəndaşların məmnunluğu əlbəttə ki, bizi sevindirir, eyni zamanda məsuliyyətimizi daha da artırır. Hədəfimiz hər bir Azərbaycan vətəndaşının keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunmasıdır. İcbari tibb sığortanın Xidmətlər Zərfi çərçivəsində biz 98 faizdən çox xidməti ödənişsiz şəkildə təmin edirik.  2024-cü il ərzində TƏBİB-in strateji planına əsasən, tibb müəssisələrimizdə islahatları davam etdirəcəyik, infrastruktur yenilənəcək, kadr potensialı, maddi-texniki baza daha da güclənəcək. Müəssisələrin elektronlaşdırılması, vahid məlumat bazasının yaradılması, səhiyyə sistemində vahid elektronlaşdırılmanın tətbiqi, xəstəxanaların idarəolunması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər həyata keçiriləcək. 
 
Bütün bunlarla yanaşı, tibb müəssisələrində mövcud nöqsanlar, vətəndaşların haqlı narazılıqlarına səbəb olan hallar nəzərə alınaraq qısa zamanda aradan qaldırılmalıdır. TƏBİB, eləcə də aidiyyəti qurumlar tərəfindən həyata keçirilən monitorinqlər diqqətdə izlənilir və analiz edilir. Müəssisə rəhbərləri çatışmazlıqların aradan qaldırılmasını 2024-cü il ərzində prioritet istiqamət kimi müəyyən etməli və bu istiqamətdə çalışmalıdırlar”.
 
Müşavirə müzakirələr əsnasında meydana çıxan məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb. 






XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
1 000
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 233
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
789
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
964
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
759

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.