• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
15.01.24 14:44
Bütün xəbərlər
275

Çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısını necə almaq olar? - Həkimlə MÜSAHİBƏ


“Uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır”.

Bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova qurumun rəsmi saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Yeganə xanım, bilmək istərdik ki, çanaq orqanlarının iltihabi xəstəlikləri nə zaman yaranır?

- Çanaq orqanlarının iltihabi xəstəlikləri infeksiyaları uşaqlıq yolundan və uşaqlıq boynundan uşaqlıq boşluğuna fallop boruları ilə keçməsi nəticəsində yaranır. Belə infeksiyalara cinsi yolla ötürülən qonoreya, xlamidiya, trixomoniaz, eləcə də mikoplazma genitalium aid edilir. Həmçinin, belə iltihabi prosesləri bağırsaq çöpləri, streptokoklar, qardinella, peptostreptokokus və s. kimi infeksiyalar yarada bilər.

- İltihabi xəstəlikləri yaradan risk faktorları haqqında bilmək istərdik...

- Doğuşdan, xüsusən də cərrahi doğuşdan (qeysəriyyə) uşaqlıqdaxili vasitələrdən istifadə, histerektomiya, histerosalpinqoqrafiya kimi cərrahi əməliyyatlardan sonra kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalı daha da yüksək olur.

- Bu zaman xəstələrdə hansı əlamətlər olur?

- Uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır. Endometriozun olduğu təqdirdə, belin və qarının aşağı hissəsində ağrılar yarana bilər. Bundan başqa, xəstələri irinli ifrazat, sidik ifrazının tez-tez və ağrılı olması narahat edə bilir. Ağır hallarda irinli intoksikasiya əlamətləri, yəni ümumi zəiflik, taxikardiya, əzələ ağrıları, ağızda quruluq, dispepsiya kimi simptomlarının da yaranma ehtimalı var. Çanaq dibinin irinli iltihabi xəstəlikləri cinsi əlaqənin ağrılı olması ilə də özünü büruzə verə bilər.

- Belə xəstəliklər zamanı hansı müayinələr təyin edilir?

- Uşaqlıq yolundan gələn axıntının miqdarı və tərkibi müəyyən edilir. Ehtiyac olunduğu təqdirdə, yaxmada cinsi yolla keçən infeksiyaların polimer zəncirvari üsulu ilə təyini, həmçinin yaxmanın əkilməsi ilə materiallar götürülür. Eyni zamanda, xəstələr bimanual müayinə olunurlar. Bu zaman uşaqlıq və onun artımlarının vəziyyəti qiymətləndirilir. Xəstələrə qanın və sidiyin ümumi analizi, qanda C-reaktiv zülalın miqdarı təyin edilir, transvaginal ultrasəs müayinələr aparılır.

Ağırlaşmış hallarda isə rentgen, sistoskopiya, kolonoskopiya, laporoskopiya kimi diaqnostik müayinələr də təyin edilə bilər.

- Xəstəliyin müalicəsi necə aparılır?

- Xəstəlik yüngül formadadırsa, müalicə ambulator şəraitdə aparıla bilər. Bu zaman xəstə nəzarətə alınır və ona antibakterial, iltihabəleyhinə, immun sistemini gücləndirən dərmanlar təyin edilir. Əgər cinsi yolla ötürülən infeksiyalar varsa, uyğun antibiotik seçilir və pasientə mümkün qədər cinsi əlaqədən uzaq durmaq məsləhət görülür. Eyni qaydada partnyor da müvafiq müalicə proqramına cəlb edilir.

Aparılan müalicədən 3 həftə sonra təkrar olaraq infeksiyaların müayinəsi üçün laborator analizlər aparılır. Əgər cütlükdə müayinə zamanı heç bir problem aşkarlanmırsa, hər ikisi tam sağalmış hesab olunur. Lakin xəstəlik ağırlaşmış olarsa, o zaman stasionar müalicə planı təyin olunmalıdır.
Stasionar müalicə planı da effektsiz olarsa, artıq cərrahi əməliyyat icra oluna bilər. Bu zaman artımların iltihaba uğramış tubovarial törəmələrin xaric edilməsi əməliyyatı icra olunur, qarın boşluğu drena edilir və xəstə bir müddət stasionar şəkildə müalicə alır.

- Çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısını necə almaq olar?

- Bunun üçün reproduktiv yaş dövründə olan qadınlar arasında maarifləndirmə işlərinin geniş şəkildə aparılması vacibdir. Uşaqlıq yolundan axıntı, xoşagəlməz qoxu, sidik ifrazının tezləşməsi, qarında ağrı və s. kimi əlamətlər olduqda, tez bir zamanda ginekoloqa müraciət edib vaxtında müalicə almaq məsləhət görülür.

Aşkar edilən xəstəliklərin müalicəsinin vaxtlı-vaxtında və düzgün qaydada aparılması üçün müalicə periodu və dərman təyinatı həkimin nəzarəti altında olmalıdır.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
1 004
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 235
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
792
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
966
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
761

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.