• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
6.05.24 12:32
Bütün xəbərlər
273

Təbii doğuş ya qeysəriyyə? - Həkim aydınlıq gətirdi



“Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır”.

Medicalmedia.az
xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva müsahibə zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:


- Aynurə xanım, hamiləliyin sağlam başa vurulması üçün vacib olan məqamlar hansılardır?

- Təbii ki, hər bir qadın hamiləlik dövrünü rahat və normal şəkildə başa vurmaq istəyir. Hamiləliyin sağlam başa vurulması üçün nəzərə alınmalı bir neçə məqamlar mövcuddur. İlk növbədə vaxtında həkim qəbuluna getmək mütləqdir. Antenatal qulluğun, yəni doğuşaqədər nəzarətin əsas məqsədi hamiləliyin sağlam sonlandırılması və dölün sağlamlığının qorunmasıdır. Hamiləliyin fizioloji gedişi haqqında məlumatlı olmaq və ona uyğun şəkildə müayinələrdən keçmək üçün qadın mütləq şəkildə həkim-ginekoloqun konsultasiyasına getməlidir.
“Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə Kliniki Protokol”a əsasən, müraciət edən qadına həkim tərəfindən həftələrə uyğun olaraq gəliş günləri təyin edilməlidir. Eyni zamanda, analiz və müayinələr icra etdikdən sonra lazım gəldiyi təqdirdə müvafiq müalicə planı təyin olunmalıdır.

- Hamiləlikdən öncə və hamiləlik zamanı fol turşusu hansı səbəbdən qəbul edilir?

- Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı, hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv sistemlərin normal fəaliyyəti üçün zəruri olan bir maddədir. Bundan əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir borusunun formalaşmasında mühüm rol oynayır.
Fol turşusu (Vitamin B9) uşaqda sinir sisteminin normal inkişafı üçün önəmli maddədir. Hamiləlikdən öncə və hamiləliyin ilk 12 həftəsinə qədər fol turşusunun qəbul edilməsi sinir sistemi ilə bağlı problemlərin rastgəlmə tezliyini 50-70%-ə qədər azaldır.
Əgər hamilə qadının anamnezində sinir sisteminin qüsurları ilə dünyaya gəlmiş uşaq varsa, pasiyentin artıq çəki problemi mövcuddursa, fol turşusu çatışmazlığı ilə bağlı anemiya varsa istisna hallar kimi həkim mama-ginekoloq tərəfindən fol turşusunun miqdarı və dozası artırıla bilər.

- Hamiləlikdə tonus hansı hallarda yaranır?

- Demək olar ki, əksər hamilə qadınlar ultrasəs müayinəsi zamanı “uşaqlıq tonusdadır” kimi ifadə ilə qarşılaşır. Əslində belə diaqnoz mövcud deyil. Çünki uşaqlıq özü əzələvi orqandan təşkil olunub və hər bir əzələvi orqanın da funksiyası onun yığılıb-boşalma qabiliyyətinə malik olmasıdır.
Təbii ki, hamiləlik zamanı uşaqlıq əzələsi stress, fiziki-emosional gərginlik kimi müəyyən faktorların təsirindən yığılıb-boşala bilər. Bu hal da hamilə qadında ağrı hissi yaradır və ana bətnində dölün yerini daraldır. Ağrını və bərkliyi azaltmaq üçün müəyyən spazmolitik təsirə malik dərmanlar, yəni əzələ boşaldan dərman preparatları təyin edilir.
Bununla yanaşı, hamilə qadın çox ağrı hiss etmədiyi zaman yaranan tonusu azaltmaq üçün istənilən gərginlikdən uzaq olmalı, lazımi qədər istirahət etməli və bədənin bütün əzələlərini boşaltmağa çalışmalıdır.

- Hamiləlikdə ikili test nə üçün verilməlidir?

- Ana namizədi hamiləlik dövründə özündən daha çox körpəsinin sağlamlığını düşünür. Psixoloji cəhətdən dölün inkişafının normaya uyğun getdiyinə əmin olması qadını rahatlaşdırır.
Ultrasəs müayinələrdən əlavə, bəzi laborator analizlər var ki, onların nəticəsində hamilə bətnindəki körpənin genetik quruluşunun, xromosomlarının normaya uyğun inkişafını öyrənə bilir. Belə testlərdən biri də məhz ikili testdir. Bu skrininq testidir və bir çox xromosom anomaliyalarının (Daun sindromu, Edvards sindromu və s) diaqnostikasının aparılması məqsədilə verilir.
İkili tarama testi aparılmamışdan öncə hamiləyə USM icra edilir. Hamiləliyin 11-14-cü həftəsində aparılan ultrasəs müayinəsi vasitəsilə dölün ənsə qalınlığı, eyni zamanda boyun uzunluğu ölçülür və qeyd olunur.
Əsas məsələ analizin USM olunan gün baş tutmalı olduğudur. Qadın USM nəticələri ilə birlikdə qan vermək üçün laboratoriyaya getməlidir. Qanda beta-HCG və РАРР-А adlandırılan zülal ölçülür. Ultrasəs müayinəsindən, qan testindən alınan nəticələr və hamilə qadın haqqında əldə edilən bəzi məlumatlar birlikdə qiymətləndirilir.

- Təbii doğuş və qeysəriyyə ilə başa çatdırılan hamiləliklər arasında nə kimi fərqlər mövcuddur?

- Uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılması qeysəriyyə kəsiyi adlanır. Əgər hamilənin anamnezində qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması mövcuddursa, doğuş yollarının anomaliyaları, dölün köndələn vəziyyəti, ağır ekstragenital xəstəliklər və s. kimi hallar, yaxud ağır preeklampsiya, eklampsiya kimi təcili hallar varsa, bu artıq qeysəriyyə kəsiyi üçün göstəriş hesab edilir. Bu zaman həkim tərəfindən ananın və körpənin sağlamlığının qorunması üçün hamiləliyin cərrahi yolla başa çatdırılması təyin olunur.

Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir. Səhiyyə Nazirliyinin istifadəyə verdiyi “Burla Xatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldə etmək imkanı verir. “Burla Xatun” mobil tətbiqi vasitəsi ilə hamiləliyin gedişatını və körpənin inkişafını həftələr üzrə izləmək, doğuş tarixini hesablamaq, digər sağlamlıq göstəricilərini idarə etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları saxlamaq mümkündür.

Mobil tətbiqini telefonunuzda İOS (https://apps.apple.com/ca/app/burla-xatun/id1540641777) və Android (https://play.google.com/store/apps/details?id=com.burlaxatun.app&hl=az) sistemləri vasitəsi ilə yükləmək olar.

Ümumiyyətlə, hamilə qadın 9 ay boyunca psixoloji cəhətdən normal doğuşa özünü hazır hiss etməlidir. Bu prosesdə həkim mama-ginekoloqun rolu böyükdür. Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır.
Həkim mama-ginekoloqun əsas vəzifəsi ilk öncə ananın və körpənin sağlamlığının qorunmasını təmin etməkdir. Bütün hamilə qadınlara vaxtı-vaxtında konsultasiyalara getməsini, eyni zamanda öz həkiminin təyin etdiyi müayinə və müalicə planına düzgün əməl olunmasını tövsiyə edirəm.
Bilmək vacibdir ki, sağlam ana gələcək körpənin sağlamlığının zəmanətidir. Sağlam həyat tərzinə aiddir sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən imtina (məsələn, siqaret çəkmə, spirtli içkilər, narkotik maddələr və s.).
Hamiləlik dövründə qadın ana olmağa hazırlaşdığı zaman onun iş və ailə həyatının dinamikası, fizioloji və psixoloji ehtiyacları dəyişir. Hamiləliyin 40 həftəsi ərzində sağlam mühit və həyat tərzi dəyişikliklərə məruz qalan qadının optimal sağlamlığını təmin etmək üçün çox vacibdir.
Yüksək keyfiyyətli antenatal qulluq (hamiləlik boyu peşəkar tibbi yardım) ana və yeni doğulmuş körpənin sağlamlığının monitorinqi üçün vacibdir.

Hamiləlik dövründə və doğuşdan sonra sağlam olan qadınların sonrakı həyatlarında da sağlam qalma ehtimalı daha yüksəkdir.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
990
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
956
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.