• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
17.05.24 09:07
Bütün xəbərlər
299

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran rayonuna media-tur təşkil olunub. 

Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır. Səfər çərçivəsində media-tur iştirakçıları Lənkəran RMX ilə yanaşı, Lənkəran Regional Perinatal Mərkəzində də olublar.

Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev media-tur iştirakçılarına icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. 

A.Kəlbiyev bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub: 
“360 çarpayılıq xəstəxanada Poliklinika, Radiologiya, Fizioterapiya, Cərrahiyyə, Urologiya, Reanimasiya, Təcili Yardım, Terapiya, Laboratoriya, Hemodializ, İnvaziv kardiologiya və digər şöbələr fəaliyyət göstərir. RMX-nın tabeliyində 7 Ailə Sağlamlıq Mərkəzi, 60-dan çox kənd həkim/tibb məntəqəsi əhaliyə xidmət göstərir”. 

Onun sözlərinə görə, əsaslı yenidənqurma işləri aparılaraq, 75 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəz yaradılıb. Burada Doğum, Hamiləliyin patologiyası, Cərrahiyyə, Neonatologiya və digər şöbələr fəaliyyətə başlayıb. Mərkəz küvəz, fototerapiya, yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, artıq 3-cü ildir ki, Lənkəran rayonunda icbari tibbi sığorta sistemi tətbiq edilir: 

“Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə sığortadan yararlanmaq üçün edilən müraciətlərin sayı artmaqdadır. Xəstəxanaya 2021-ci ildə 108 800-dən çox, 2022-ci ildə 191 000-dən çox müraciət daxil olub. Ötən ilin göstəricilərinə görə isə müraciət sayı 2022-ci illə müqayisədə 53% artaraq 293 196-ya çatıb. 3 il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2 milyondan çox tibbi xidmət göstərilib ki, bunlardan 1 milyon 750 000-dən çoxu ambulator, 318 600-dən çoxu stasionar şəraitdə göstərilib. Son 3 il ərzində 21 604 cərrahi xidmət icra olunub”.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, icbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu, təchizat məsələləri ilə bağlıdır:
“Sevindirici haldır ki, Lənkəran RMX-nın müasir avadanlıqlarla təchizatı, xəstəxanada yaradılan şərait cənub bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir. Xəstəxanada İnvaziv kardiologiya və ürək-damar cərrahiyyəsi, Urologiya şöbələri yeni açılaraq, 4-cü tip laboratoriya şöbəsi isə yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib. İnvaziv kardiologiya şöbəsində standartlara uyğun olaraq 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq intensiv reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr yaradılıb.

Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüz aparatı, defibilyator, EXO cihazları mövcuddur. Ürək-damar cərrahiyyəsi şöbəsində 19 palata,  2 əməliyyat bloku, 6 nəfərlik reanimasiya otağı tam təmir olunaraq vətəndaşların istifadəsinə verilib. Eyni zamanda tibb müəssisəsi yeni MRT və KT cihazları ilə təchiz edilib”.
H.İbrahimlinin sözlərinə görə, İnvaziv kardiologiya şöbəsi fəaliyyətə başladığı dövrdən bəri 1859 pasiyent müraciəti olub. Pasiyentlərdən 600 nəfərə stend qoyulub. Şöbədə ilk dəfə olaraq 3 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 2 pasiyentə ürək ritminin ablasiya ilə invaziv müalicəsi icra edilib. Ürək-damar cərrahiyyəsi şöbəsi isə fəaliyyətə başladığı gündən 118 xəstə qəbul edib. 10 xəstəyə klapan dəyişilmə, 108 nəfərə aorta koronar şuntlama əməliyyatı icra olunub”.

Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan vətəndaşları ziyarət edib, rəyini öyrəniblər.
Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müayinə olunublar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
990
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
956
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.