• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
20.05.24 10:44
Bütün xəbərlər
255

Bud-çanaq oynağının displaziyasının səbəbləri və müalicəsi



"Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir".

Bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Uşaq travmatologiya və ortopediya şöbəsinin həkimi İlham Şıxbabayev müsahibə zamanı deyib.

Medicalmedia.az
həmin müsahibəni təqdim edir:


-İlham müəllim, ilk öncə uşaqlarda bud-çanaq oynağı problemləri haqqında ümumi məlumat verərdiniz…
- Bud-çanaq oynağı patologiyaları kiçik yaşlı uşaqlarda əzələ-skelet sistemi anomaliyaları arasında digər patologiyalarla müqayisədə daha çox rast gəlinir. Bu xəstəliklər əsasən qalça displaziyası və bud-çanaq oynağının anadangəlmə çıxığı kimi özünü göstərir. İnsan orqanizmində bud-çanaq oynağını bud sümüyü ilə qalça sümüyünün bir hissəsi olan asetabulum və onların ətrafındakı yumşaq toxumalar əmələ gətirir. Displaziya dediyimiz patologiya zamanı bu birləşmələrin inkişafında dəyişikliklər olur, qalça sümüyündə inkişaf ləngiyir və bud sümüyünün başının oynaqda normal quruluşu pozulur. Nəticədə, uşaq böyüdükcə bu proses daha aydın görünür və bud-çanaq oynağının çıxıqlarına səbəb olur.

-Bud-çanaq oynağının displaziyasının səbəbləri nədir?
- Bu patalogiyanın səbəbini açıqlamaq üçün bir çox nəzəriyyələr irəli sürülüb. Bunların arasında mexaniki faktorlar, hormonlarla bağlı oynaq boşluğu, qalçanın birincili olaraq inkişafdan qalması və genetik amilləri göstərmək olar. Mexaniki faktorlar dedikdə, uşağın ana bətnində duruşu nəzərdə tutulur. Çanaq gəlişi ilə doğulan uşaqlarda displaziyalara daha çox rast gəlinir. Həmçinin, bəzən uşaqların ayaqlarını qundaqlayaraq eyni vəziyyətdə saxlanılması displaziyaların rast gəlməsinə səbəb olur.
Hormonal faktorlar anadan keçən bəzi hormonlarla bağlı uşaqda oynaq bağlarının boşluğuna və displaziyalara səbəb olur.
Genetik amillər çox önəm daşıyır. Əgər ailədə irsi olaraq bu patologiyaya rast gəlinirsə, onların uşaqlarında da rast gəlmə ehtimalı var.

-Bud-çanaq oynağı displaziyası xəstəliyinin diaqnostikası necə aparılır?
- Bu xəstəliyin diaqnozunu qoymaq üçün bir çox klinik, instrumental müayinələrdən istifadə olunur. Əsas diaqnostika üsullarına bud-çanaq oynağının ultrasəs və rentgenoqrafiya müayinəsi üsulları aiddir. Bəzən maqnit rezonans, kompyüter tomoqrafiyası kimi daha geniş müayinə üsullarından da istifadə edilir. Hər bir instrumental müayinə həkim göstərişi ilə aparılır. Yenidoğulmuş uşaqlarda 6 aya qədər ultrasəs müayinəsi istifadə edilir, 4 aydan sonra rentgenoqrafiya müayinəsi aparıla bilər.
İlk 4 ayında rentgenoqrafiya müayinəsi uşaqlarda yetərsiz sayılır. Bunun səbəbi yenidoğulmuş uşağın bud-çanaq oynağını əmələ gətirən strukturların qığırdaqdan ibarət olmasıdır. Rentgenoqrafiya müayinəsində isə qığırdaq strukturlarının dəyərləndirilməsi mümkün deyil.
Ultrasəs müayinəsi ilə bud-çanaq oynağını əmələ gətirən yumşaq toxumalar, qığırdaq və sümük toxumasını dəyərləndirmək mümkündür. Ultrasəs müayinəsində alfa və beta bucaqlar qeyd olunur. Alfa bucağın 60 dərəcədən az olması displaziyanın əlamətidir və ortoped konsultasiyası məsləhətdir. 6 aydan sonra bud-çanaq oynağının dəyərləndirilməsində rentgenoqrafiya üsulundan istifadə edilir.

-Doktor, erkən diaqnozun qoyulmasnın əhəmiyyəti nədir?
- Bud-çanaq oynağı displaziyası zamanı erkən diaqnostika bəlkə də ən önəmli məsələdir. Belə ki, diaqnoz nə qədər erkən dönəmdə - yenidoğulmuşun ilk 3 aylığında qoyularsa, müalicənin effekti o qədər yaxşı olur.
Erkən diaqnoz qoyulan uşaqlarda sadə müalicə üsulları ilə xəstəliyi tam sağaltmaq mümkündür. Bu halda gecikən ağırlaşmalara az rast gəlinir və bud-çanaq oynağının geniş həcmli əməliyyatlarına ehtiyac qalmır.

-Bud-çanaq oynağının displaziyasının və anadangəlmə bud çıxığının müalicəsi necə aparılır?
- Bu xəstəliyin müalicəsi uşağın yaşından və patologiyanın hansı mərhələsində olmasından asılı olaraq, müxtəlif üsullarla aparılır. Bud-çanaq oynağının displaziyasının müalicə diaqnozu qoyulduğu gündən həyata keçirilir. Əks halda bu prosesin ağırlaşmağa doğru getməsi ehtimalı var. Çünki uşaq böyüdükcə dispaziya bud-çanaq oynağının çıxığına çevrilə bilər. Bu xəstəliyi olan yenidoğulan və ilk 6 aylığına qədər olan uşaqların müalicəsi müxtəlif abduksion ortezlər deyilən, uşağın ayaqlarını aralı saxlayan vasitələrlə həyata keçirilir. Bu vasitələrə Pavlik bandajı, abduksion ortezlər, Tübingen ortezi və s. aiddir.
Əgər 6 aylığından etibarən bu vasitələr kömək etməzsə, ümumi anesteziya altında çıxığın qapalı və ya açıq üsulla yerinə qoyulması icra olunur və uşaq 2-3 ay gips sarğısında qalır. Hər bir halda məqsəd bud sümüyü başını asetabulumda mərkəzləşdirmək və oynağın normal inkişafını təmin etməkdir. Gecikən hallarda, 1,5 yaş və daha çox olan uşaqlarda isə müxtəlif əməliyyatlar icra olunaraq müalicə aparılır. Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
990
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
956
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.