• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
7.06.24 10:20
Bütün xəbərlər
196

Yevlaxda “Görülən işlər və qarşıda duran məsələlərə dair regional toplantı" keçirilib



Aran bölgəsində yerləşən bir sıra tibb müəssisələrinin mövcud vəziyyətini təhlil etmək, güclü-zəif tərəfləri və çatışmazlıqları müzakirə etmək məqsədilə regional toplantı keçirilib.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında keçirilən "Görülən işlər və qarşıda duran məsələlərə dair regional toplantı"da TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov,  İcraçı direktorun müşaviri Səkinə Sadıxova, qurumun aidiyyəti məsələlər üzrə şöbə müdirləri, Aran bölgəsi üzrə xəstəxana direktorları və digər rəsmi şəxslər iştirak edib.

Müşavirəni giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov müəssisə rəhbərlərinə müşavirənin əsas məqsədləri barədə məlumat verib. O, xəstəxanaların strukturunda baş verən uğurlu yenilik və dəyişikliklərin, həmçinin həkim potensialının gücləndirilməsi, stasionar və ambulator xidmətlərdə göstəricilərin müsbət dinamikada dəyişməsinin TƏBİB-in prioriteti olduğunu xüsusi vurğulayıb.

Hesabat çıxışı üçün ilk söz Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülağa Əzizova verilib. O, kadr çatışmazlığının aradan qaldırılması istiqamətində görülən işlərdən, xəstəxananın strukturunda baş verən dəyişikliklərdən, stasionar və ambulator xidmətlərdə öncəki illərə nisbətən müşahidə olunan artımlardan, şöbələrin ümumi fəaliyyətindən  və s. məsələlərdən danışıb. G. Əzizov müəssisədə laporoskopik əməliyyatların icrasına başlanmasını, tibbi xidmət göstəricilərindəki müsbət dəyişiklikləri də müşavirə iştirakçılarının diqqətinə çatdırıb. 

Daha sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Faiq Abdullayev çıxış edib. Bir sıra yeniliklərdən danışan müəssisə rəhbəri xəstəxananın infrastruktur cəhətdən gücləndirilməsi üçün zəruri addımların atılmasına ehtiyac olduğunu vurğulayıb. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov da hesabat çıxışında görülən işlər, qarşıda duran məsələlər barədə danışıb, cərrahiyyə xidmətləri haqqında ətraflı məlumat verib. İstər Vətən müharibəsi dövründə, istərsə də post müharibə dövründə Bərdə Rayon Mərkəzi Xəstəxanasının olduqca gərgin fəaliyyətindən danışan V.Məmmədov gələcək plan və hədəflər barədə məlumat verib. O, həmçinin bildirib ki, əhaliyə göstərilən tibbi xidmətə əlçatanlığın daha yaxşı təmin edilməsi məqsədilə Bərdə rayonu ərazisində ailə sağlamlıq mərkəzlərinin istifadəyə verilməsi məqsədəuyğun olardı. 

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Təranə Məmmədova isə xəstəxananın fəaliyyəti və hazırkı strukturu haqqında, ilkin səhiyyə xidməti, patronaj və s. tədbirlər barədə məlumat verib. 

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov hesabat çıxışında infrastruktur, aparılan əməliyyatlar və xəstə qəbulu haqqında ümumi məlumat verib. O, müəssisədə tibbi xidmətin əlçatan olması üçün müasir tibbi avadanlıqlara ehtiyac olduğunu bildirib və bunun üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov isə çıxışında imtiyazlı əhali qrupunda yer alan şəxslərin müayinə və müalicəsinin təşkili istiqamətində həyata keçirilən yeniliklər, şöbələrin fəaliyyəti və xəstəxanada aparılan ümumi işlər haqqında ətraflı məruzə ilə çıxış edib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şaiq Şükürov öz çıxışında cari il ərzində xəstəxanada görülən işlərdən və gələcək fəaliyyət haqqında geniş məlumat verib. Ş.Şükürov əhaliyə göstərilən tibb xidmətin keyfiyyətinin artırılması üçün əlavə tibbi kadrlara ehtiyac olduğunu da diqqətə çatdırıb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani və Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev də həyata keçirilən yeniliklərlə yanaşı, qarşılaşdıqları çətinliklərə toxunub, müəssisədə bir sıra tibbi avadanlıqların yenilənməsindən kadr çatışmazlığından danışıblar. Bildiriblər ki, hazırda ixtisaslı tibbi kadrların cəlb olunması istiqamətində işlər görülür. 

Hesabatlar dinlənildikdən sonra TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova çıxış edərək region üzrə müsbət dinamikanın müşahidə edildiyini və növbəti müşavirədə daha ürəkaçan nəticələrin olacağına ümid etdiklərini vurğulayıblar.

Bu cür regional müşavirələrin gələcəkdə də keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran rəsmilər bildiriblər ki, region xəstəxanalarının maddi-texniki bazasının gücləndirilməsi, vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində işlər daha da intensivləşəcək. Bu, TƏBİB-in prioritet hədəflərindən biridir!

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
990
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
956
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.