• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
13.07.24 11:12
Bütün xəbərlər
177

Bakıda “Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının regional görüşü” keçirilib


10-11 iyul tarixlərində  TƏBİB-in dəstəyi ilə Bakı şəhərində “Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının regional görüşü” və “Neyroproteksiya və Neyroplastiklik Cəmiyyətinin 19-cu konqresi” keçirilib. 

Konqresə 150-dən çox yerli və beynəlxalq mütəxəssislərdən ibarət iştirakçı qatılıb. Tədbirdə  Türkiyə, Almaniya, İsrail, Polşa, İtaliya, Macarıstan, Rumıniya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən məruzəçilər, Rumıniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, eləcə də Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının, Dünya Neyroreabilitasiya Federasiyasının, Dünya İnsult Təşkilatının, İsrail İnsult Cəmiyyətinin rəhbər şəxsləri iştirak edib. 

Bu elmi tədbir neyroreabilitasiya və beyin bərpası sahəsində biliklərin, son tədqiqat nəticələrinin və innovativ təcrübələrin mübadiləsi üçün əsaslı platforma rolunu oynayıb.

Konqresin gündəliyi neyroreabilitasiya və neyroqorumanın fundamental prinsip və nəzəriyyələrindən tutmuş insultun bərpası kimi praktiki məsələlərə qədər geniş mövzuları əhatə edib.

Məruzəçilər öz çıxışlarında “Kəskin işemik insult zamanı fərdi dözümlülük”, “Neyroreabilitasiyada gələcək tendensiyalar”, “Robototexnika: nevroloji reabilitasiya üçün innovasiya”, “Kəskin beyin lezyonundan sonra sağalmanı təşviq etmək üçün motivasiya”, “İnsultdan sonra bərpa üçün maneələrin həlli”, “Vestibulyar reabilitasiya: qiymətləndirmə və müalicə”, “Nevroloji xəstəliklərin müalicəsində rəqəmsal texnologiyalar və süni intellektin rolu” kimi mövzulara toxunublar.  
Konqresin açılış mərasimində çıxış edən TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov belə bir əhəmiyyətli konqresin Bakı şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib və TƏBİB-in təşkilati dəstəyini qeyd edib. Ölkəmizdə son illər reabilitasiyanın inkişafına xüsusi diqqət ayrıldığını qeyd edən P.Əkbərov əlilliyin aradan qaldırılmasına, əlilliyi olan şəxslərin tibbi, psixoloji tədbirlər sistemi vasitəsilə sosial və peşə-əmək qabiliyyətinin qismən də olsa bərpasına nail olunduğunu qeyd edib. Neyroreabilitasiyanın dünya və ölkəmiz üçün daha yeni tədqiqat predmeti olduğunu nəzərə alaraq, bu kimi konqreslərin mütəxəsislərin praktik təcrübə mübadiləsinə yol açdığını vurğulayıb: 
“TƏBİB qarşılıqlı təcrübə mübadiləsi, seminarlar, təlimlər yolu ilə sahənin inkişafına maraqlıdır və istiqamətdə əməkdaşlığa açıqdır”. 
TƏBİB-in İcraçı direktorunun müşaviri Yeni Klinikada rəhbəri olduğu Somatika və STROK mərkəzinin qurulma prosesindən və gələcək fəaliyyətindən də bəhs edib. 

Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının prezidenti Dafin Muresanu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yaşlanma kimi amillərlə əlaqəli neyroreabilitasiyaya ehtiyacı nəzərə alaraq, nevroloji pozğunluqların yayılmasının qarşısını almaq üçün  məhdud əlçatanlılğı olan kənd yerlərində və az təminatlı ailələrə qayğının artırılmasının önəmini vurğulayıb. O qeyd edib ki,  icma əsaslı reabilitasiya bu problemlərin həllini təmin edə bilər: 
“Erkən reabiltasiya səhiyyə sisteminin mərkəzləşdirilmiş yükünü azaldır və daha yaxşı sağlamlıq nəticələrinə nail olmağa kömək edir”. 
Dünya Neyroreabilitasiya Federasiyasının prezidenti Volker Homberg isə bildirib ki, təlim üsullarının və digər davranış müdaxilələrinin istifadəsi ilə yanaşı nevroloji reabilitasiyada farmakoloji vasitələrin düzgün istifadəsi ilə əhəmiyyətli dərəcədə xəstələrin yaxşılaşmasına nail olmaq mümkündür:  
“Lakin bunu dəqiqliklə müəyyən etmək lazımdır ki, digər tərəfdən beyin bərpa mexanizmini pozulmasın. Müəyyən edilmiş “zərərli” dərmanlardan çəkinmək çox vacibdir, eləcə də klinik katamnestik tədqiqatlar beynin plastikliyinə mane olur.  Beyin bərpası üçün antidepresan dərmanların istifadəsinin təsiri düzgün qiymətləndirilməlidir”.  

Dünya İnsult Təşkilatının keçmiş vitse-prezidenti, Tel-Əviv Universitetinin Tibb fakültəsinin nevrologiya üzrə professoru, İsrail İnsult Cəmiyyətinin sədri Natan Bornstein İsraildə  122 nəfər işemik insult xəstələri üzərində keçirilən kliniki sınaqdan bəhs edərək qeyd edib ki, terapiya işemik insult xəstələrində nəticələri köklü surətdə yaxşılaşdıra bilər. O bildirib ki, afaziya – (nitq sistemin formalaşmış pozğunluğu) insultdan xilas olanların təxminən 30%-də müşahidə olunur. Elə buna görə də effektiv müalicə ilə yanaşı terapiya da  tələb olunur. Dərman müalicəsi və 30, 60, 90 gün olmaqla danışıq terapiyası dildə əhəmiyyətli irəliləyişlərə səbəb olur.  

Konqresdə 25-dən çox məruzə dinlənilib.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
990
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
956
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.