• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
29.07.24 12:30
Bütün xəbərlər
162

Sərbəst yaşaya bilməyən virus: Hepatitlə bağlı həkimdən XƏBƏRDARLIQ


"Hepatit A və B əleyhinə vaksin vurdurmaqla bu virusdan tamamilə qorunmaq mümkündür".

Medicalmedia.az
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov qurumun saytına müsahibəsində deyib. Müsahibəni təqdim edirik:

- Hepatit viruslarına necə yoluxulur?
- Hepatit viruslarından A və E-yə fekal-oral dediyimiz, yəni infeksiyalara məruz qalan əl, su və qidadan yoluxulur. Hepatit B, C, D virusları isə qan, tüpürcək, vaginal mayelər və sperma kimi yoluxan bədən mayeləri ilə təmas yolu ilə yayıla bilər. Bəzi hallarda pasiyentlər hətta haradan və necə yoluxduqlarını belə xatırlamır, çox vaxt da etiraf etməkdən çəkinirlər.
Qorunmaq üçün şəxsi gigiyenik vasitələrə diqqət etmək vacibdir. Məsələn, dırnaqtutan, daraq, diş fırçası, manikür zamanı istifadə olunan alətlərin və sairin şəxsi olması tövsiyə edilir. Qan və bədən mayesi ilə kontaktda ola biləcək istənilən vasitə digər insanlar tərəfindən istifadə edilməmişdən öncə mütləq sterilizasiya olunmalıdır.

- Yoluxmanın hansı əlamətləri var?
- Bu virusların əsas hədəf orqanı qaraciyərdir ki, onu zədələyib sıradan çıxarır. Qaraciyər sizi həyatda saxlamaq üçün hər gün 500-dən çox vacib funksiyanı "səssizcə" yerinə yetirir. Lakin viral hepatit infeksiyası da səssizdir, simptomlar yalnız xəstəlik irəlilədikdən sonra görünür.
Qaraciyər xəstəliyinin əsas əlaməti halsızlıq, güc itkisi və yorğunluqdur. Virus kəskin və xroniki gedişli olur. Kəskin hepatit virusu zamanı xəstənin gözləri, dərisi saralır, halsızlıq, iştahasızlıq, ürəkbulanması və s. əlamətləri ilə müşahidə edilir.
Kəskin gedişli hepatit A el arasında sarılıq xəstəliyi kimi tanınır. Bu virusa insan bir dəfə yoluxa bilər, kəskin sarılıqla müşahidə edilir. Bəzi hallarda kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu dövrdə xəstələrin narahat olmaması və qaraciyərini lazımsız əlavə dərmanlarla yükləməməsi vacibdir. Əlamətlər üzə çıxdıqdan sonra ilk 14 gün digər insanları yoluxdurmamaq üçün təmasdan çəkinmək lazımdır və həkimə müraciət etmək şərtdir.
Hepatit B və C daha sakit keçir. Pasiyentlər çox zaman öz xəstəliklərindən xəbərsiz olurlar və infeksiya təsadüfən, müayinələr zamanı aşkar edilir.
Hepatit B daşıyıcısı olan əksər pasiyentlər bir immunoloji statusda olurlar. Yəni qanda virus aşkar olunsa da, qaraciyəri zədələmir. Bu qrup xəstələr müalicə olunmur, sadəcə, izləmədə qalırlar. Pasiyentlər digər şəxsləri yoluxdura bilərlər, ona görə də daşıyıcılığı olan şəxslərin ailə üzvlərinin hepatit B-yə qarşı vaksinasiya olunmaları tövsiyə edilir.
Hepatit B xəstələrində bəzən D hepatit virusuna da rast gəlinir. Bu iki virus birgə qaraciyərdə ciddi fəsadlara yol açaraq, sirroz xəstəliyinə səbəb ola bilir. D virusu sərbəst şəkildə yaşaya bilmədiyindən yalnız hepatit B olan xəstələrdə rast gəlir.
Hepatit C çox nadir hallarda kəskin gedişli olaraq, əksər xəstələrdə xroniki qaraciyər xəstəliyinə yol açır. Hepatit C virusunda daşıyıcılıq anlayışı yoxdur. Virus qanda aşkar edilibsə, mütləq müalicə olunmalıdır.
Hepatit E az rast gəlinən bir hepatit virus növüdür, əsasən, Şərqi və Cənubi Asiya regionunda yayılıb, öz-özünə üç həftəyə sağalan bir xəstəlik hesab edilir.
- Virusların törətdiyi xəstəliklərin müalicəsi ilə bağlı vəziyyət necədir?
- İlk növbədə qeyd etmək istərdim ki, hepatit B virusunun tam müalicəsi olmasa da, bu virusu "dondurub", qaraciyərin zədələnməsinin qarşısını ala bilirik.
Hepatit A və E öz-özünə sağaldığından spesifik dərmanı yoxdur. Hepatit C iki-üç aya tam sağalan bir virusdur, mövcud müasir dərmanlarla bu xəstəlikdən tam qurtulmaq mümkündür.
Dərman vasitələrinin əlçatanlığı xroniki qaraciyər xəstəliklərinin müalicəsi üçün çox əhəmiyyətlidir.
- Hepatit viruslarından necə qorunmaq lazımdır?
- Hepatit A, B, D, E-dən qorunmaq üçün vaksin mövcuddur.
Hepatit A və B əleyhinə vaksin vurdurmaqla bu virusdan tamamilə qorunmaq mümkündür. Bu vaksinlər həm uşaq, həm də böyüklər üçün mövcuddur və virusdan qorumaqda təhlükəsiz və effektivdir.
Bildiyiniz kimi, artıq bütün yeni doğulan uşaqlar vaksinasiya proqramı çərçivəsində peyvənd olunurlar. Tibb işçilərinin, insanlarla birbaşa təmasda olan xidmət sektorunda çalışanların hepatit B-yə qarşı vaksinasiya olunması ciddi tövsiyədir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün körpələrə, peyvənd olunmayan uşaqlara və yeniyetmələrə, 19-dan 59 yaşa qədər böyüklərə və hepatit B infeksiyası üçün risk faktorları olan 60 və yuxarı yaşlı insanlara hepatit B peyvəndini tövsiyə edir.
Hepatit B üçün bilinən risk faktorları olmayan 60 yaş və ya daha yuxarı böyüklər də hepatit B peyvəndi oluna bilərlər.
Hər bir kəsə, heç olmasa, ömründə bir dəfə hepatit B və C-yə görə test etdirməyi məsləhət görürəm. Mümkün olduqda, illik profilaktik yoxlamalar zamanı hepatit viruslarını test etməsi məqsədəuyğundur. Virus aşkar edilərsə, müalicə, monitorinq və qorunma üçün peyvənd etməyi tövsiyə edərdim.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
988
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 224
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
779
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
954
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
750

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.