• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
16.08.24 14:18
Bütün xəbərlər
152

Nazirdən tibb işçiləri ilə bağlı ƏMR


Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib.

Medicalmedia.az
xəbər verir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.

Qeyd edilib ki, bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisasların müəyyən edilməsi siyahısı aşağıdakı kimidir:
- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb), pediatriya ixtisası üzrə bitirmiş və 19.03.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.07.2010-cu il tarixli 57 nömrəli əmri ilə təsdiq olunmuş baza ali tibb təhsilinə əsasən tutulmasına icazə verilən vəzifələrin siyahısına uyğun olaraq işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifikasiyadan tutduqları vəzifəyə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq beş ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra "Tibb" ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilini pediatriya ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq beş ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra pediatriya (baza) ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilini stomatologiya ixtisası üzrə bitirmiş, internatura və ya rezidentura təhsili almamış şəxslər sertifikasiyadan stomatologiya (baza) ixtisası üzrə keçməlidirlər;

- "Funksional diaqnostika" ixtisası üzrə internatura hazırlığını kardiologiya şöbəsində funksional diaqnostika kabinetlərində (Elektrokardioqrafiya, Exokardioqrafiya) keçənlər - "Kardiologiya", şüa diaqnostikası şöbələrində (ultrasəs müayinəsi, rentgen müayinəsi və s.) keçənlər isə "Şüa diaqnostikası" ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilli təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər "Tibb" ixtisası üzrə sertifikasiyadan keçməlidirlər.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb ki, tibb mütəxəssislərinin sertifikasiya imtahanlarına buraxılması yuxarıda təsdiq edilmiş siyahı nəzərə alınmaqla həyata keçirilsin. Tibb mütəxəssislərinin (təsdiq edilmiş siyahıda qeyd olunan şəxslər və bu əmr qüvvəyə minənədək Səhiyyə Nazirliyi tərəfindən təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmış şəxslər istisna olmaqla) təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmasına yol verilməsin. Sertifikasiya imtahanları ilə bağlı həyata keçirilən fəaliyyət və onun nəticələri təhlil edilərək hər rübün sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilsin.

Dövlət və qeyri-dövlət tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tibb və ya əczaçılıq işçilərinin yalnız hədəf auditoriyası kimi ixtisaslarının və (və ya) çalışdıqları vəzifələrin müəyyən edildiyi təkmilləşdirmə kurslarına göndərilməsi təmin edilsin.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna tapşırılıb:

- Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən, 2009-cu ilin mart ayınadək tibb mütəxəssislərinin ixtisasdəyişmə məqsədilə peşə hazırlığı kurslarından keçməsi barədə məlumatlar "Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri"nə daxil edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilsin;

- Bu əmrin tələbləri nəzərə alınaraq, tibb mütəxəssislərinin təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə təkmilləşdirmə və peşə hazırlığı kursuna qəbul olunmasına yol verilməsin.

Azərbaycan Tibb Universitetinə tapşırılıb ki, 2011-ci ilədək bütün illər üzrə internaturada hazırlıq keçmiş şəxslərin siyahısı reyestrə daxil edilməsi üçün cari ilin sonunadək Səhiyyə Nazirliyinə təqdim edilsin.

Səhiyyə Nazirliyinin Aparatının İnsan resursları, elm və təhsil şöbəsinə tapşırılıb ki, bu əmrə uyğun olaraq təqdim edilmiş müvafiq məlumatların reyestrə daxil edilməsi təmin edilsin. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə tapşırılıb ki, verilmiş tapşırığın icrası üçün reyestrdə müvafiq texniki imkanların yaradılması təmin edilsin.

Ali və orta ixtisas tibb təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb, habelə tibb təhsilini həyata keçirən digər təhsil müəssisələrinin rəhbərlərinə tövsiyə edilib ki:

- pedaqoji heyət üzrə müvafiq tibb və səhiyyə (əczaçılıq) ixtisaslarına uyğun kafedra və ya şöbələrə yalnız ixtisası (ixtisaslaşması) həmin kafedranın profilinə uyğun olan şəxslər işə qəbul olunsunlar;

- tələbələr və müdavimlərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası üzrə mövcud qanunvericiliklə bağlı maarifləndirilməsi, bu əmr barədə məlumatlandırılması təmin edilsin.

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinə tapşırılıb ki, Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq təşkili üçün müvafiq şəraitin yaradılması təmin edilsin.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
987
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 222
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
778
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
952
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
748

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.