• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
17.07.24 10:54
Bütün xəbərlər
121

Məhkəmə tibbi ekspertiza sahəsində genetik kimlikləndirmə - Nə rol oynayır?

Dr. Ulviyyə Mustafayeva ilə Genetik Kimlikləndirmə və Ümumi Məhkəmə Tibbi Ekspertiza Üzrə Müsahibə İstanbul Universiteti Cərrahpaşa Adli Tıp və Adli Bilimlər İnstitutunun elmi araşdırmaçısı, Dr. Ulviyyə Mustafayeva ilə Genetik Kimlikləndirmə və Ümumi Məhkəmə Tibbi Ekspertiza mövzusunda müsahibə. Zəhmət olmasa ilk öncə özünüz haqqında məlumat verərdiniz. Təşəkkür edirəm.

Mən Ülviyyə Mustafayeva, İstanbul Universiteti Cərrahpaşa Adli Tıp və Adli Bilimlər İnstitutunun araşdırmacısı olaraq, Genetik Kimlikləndirmə üzrə dissertasiya işimi müdafiə etdim. Müdafiə etdiyim mövzu hər hansı genetik materialdan (qan, sperm, tüpürcək, saç ves.) insan üzünün müəyyən edilməsidir. Bu müdafiə işi Türkiyədə ilk, dünyada isə nadir işlənən və bilinən işlərdəndir. Uğurlu nəticələrimiz oldu. Tədqiqat işində süni intelekt istifadə olunaraq daha maraqlı və ən yeni nəticələr alındı. Çox xoşbəxtəm ki, bir Azərbaycanlı olaraq bu sahədə dünyada ilklərə imza atmağı bacardım.

Sual 1: Genetik kimlikləndirmə nədir və bu sahədə hansı əsas texnologiyalar istifadə olunur?

Dr. Ulviyyə Mustafayeva: Genetik kimlikləndirmə, hər bir şəxsin unikal genetik profilinin təyin edilməsidir. Bu proses, genetik markerlərin - yəni, spesifik genetik ardıcıllıqların analizi ilə həyata keçirilir. Bu sahədə ən çox istifadə olunan texnologiyalar arasında STR (Short Tandem Repeats) analizi, InDel (Inertion and Deletion) ve SNP (Single Nucleotide Polymorphism) analizi var. Bu metodlar, şəxsin DNT-sinin müəyyən bölgələrini analiz edərək, həmin şəxsin kimliyini təsdiq etməyə imkan verir. Genetik kimlikləndirmə, məhkəmə tibbi ekspertizasında, soy ağaclarının müəyyən edilməsində və genetik xəstəliklərin tədqiqatında geniş istifadə olunur.

Sual 2: Məhkəmə tibbi ekspertiza sahəsində genetik kimlikləndirmənin rolu nədir?

Dr. Ulviyyə Mustafayeva: Genetik kimlikləndirmə, məhkəmə tibbi ekspertiza sahəsində böyük əhəmiyyətə malikdir. Cinayət işlərində şübhəlilərin və qurbanların kimliklərinin müəyyən edilməsi, cəsədlərin kimliklərinin təyin edilməsi və digər hüquqi məqsədlər üçün istifadə olunur. Misal olaraq, bir cinayət səhnəsində tapılan DNT nümunəsi vasitəsilə şübhəlinin kimliyini müəyyən etmək mümkündür. Bundan əlavə, itkin düşmüş şəxslərin müəyyən edilməsi və böyük fəlakətlər zamanı çoxsaylı cəsədlərin kimliklərinin təsdiqlənməsi üçün də genetik kimlikləndirmə texnologiyalarından istifadə edilir.

Sual 3: Genetik kimlikləndirmə prosesində hansı çətinliklərlə qarşılaşılır və bu çətinliklərin öhdəsindən necə gəlirsiniz?


Dr. Ulviyyə Mustafayeva: Genetik kimlikləndirmə prosesində bir sıra çətinliklər mövcuddur. Bunlara DNT nümunələrinin kifayət qədər olmaması, nümunələrin çirklənməsi və ya degenerasiya olması, həmçinin qarışıq nümunələrin analizi kimi problemlər daxildir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün ən son texnologiyalardan və metodlardan istifadə edirik. Məsələn, çirklənmiş və ya çox köhnə nümunələrin analizi üçün xüsusi təmizləmə metodları və yüksək həssaslıqla işləyən cihazlar istifadə edirik. Həmçinin, qarışıq nümunələrin analizi üçün bioinformatika metodlarından və xüsusi proqram təminatlarından istifadə edilir ki, bu da analiz nəticələrinin dəqiqliyini artırır.

Sual 4: Ümumi məhkəmə tibbi ekspertiza sahəsində hansı digər mühüm yeniliklər var?

Dr. Ulviyyə Mustafayeva: Son illərdə məhkəmə tibbi ekspertiza sahəsində bir sıra mühüm yeniliklər müşahidə olunur. Bunlar arasında həssas və sürətli analiz metodlarının inkişafı, məhkəmə tibbi ekspertiza genetikasında bioinformatikanın daha geniş tətbiqi və kriminalistika sahəsində süni intellektin istifadəsi kimi istiqamətlər var. Məsələn, süni intellekt vasitəsilə genetik məlumatların daha sürətli və dəqiq analiz edilməsi mümkündür ki, bu da məhkəmə proseslərinin daha sürətli və etibarlı aparılmasına imkan yaradır. Bu yeniliklərdən biri olarak mənim tədqiqat işimdən nümunə çəkə bilərik. Mənim araşdırmam hər hansı genetik materialdan insan üzünün formasının tapılmasıdır. Süni intellekt tətbiq edərək əldə etdiyimiz nəticələr çox ümidvericidir. Bu nəticələr kriminalistika və hüquq-mühafizə orqanları üçün əhəmiyyətli üstünlüklər təqdim edir. Genetik məlumatlar əsasında cinayətkarın üzü ilə bağlı profil təqdim etməklə şübhəli dairəsini daraltmağa kömək edir, bu da həm maddi, həm də zaman baxımından böyük üstünlüklər təmin edir. Eyni zamanda, yeni bioloji markerlərin kəşfi və bunların məhkəmə tibbi ekspertizasında tətbiqi, cinayət işlərinin həll edilməsində daha effektiv alətlər təqdim edir.

Sual 5: Gələcəkdə genetik kimlikləndirmə sahəsində hansı inkişaflar gözlənilir?

Dr. Ulviyyə Mustafayeva: Gələcəkdə genetik kimlikləndirmə sahəsində daha inkişaf etmiş və dəqiq metodların yaranması gözlənilir. Bununla yanaşı, genetik analizlərin daha geniş populyasiya qruplarına tətbiqi və daha sürətli nəticələrin əldə edilməsi üzrə işlər davam edir. Eyni zamanda, genetik məlumatların məxfilik və etik aspektləri də ciddi müzakirə mövzusu olacaq. Texnologiyanın inkişafı ilə birlikdə, genetik məlumatların qorunması və bu məlumatların hüquqi və etik çərçivədə istifadəsi üzrə yeni standartların yaradılması zərurəti yaranacaq. Sual 6: Gənc tədqiqatçılara bu sahədə hansı məsləhətləri verərdiniz? Dr. Ulviyyə Mustafayeva: Bu sahədə fəaliyyət göstərmək istəyən gənc tədqiqatçılara məsləhətim, genetik və məhkəmə elmləri sahəsində dərin biliklərə yiyələnmək və bu bilikləri praktiki təcrübə ilə möhkəmləndirməkdir. Müasir texnologiyalar və metodlar haqqında məlumatlı olmaq və bu sahədə baş verən yenilikləri daim izləmək çox önəmlidir. Həmçinin, etik və hüquqi məsələlərə xüsusi diqqət yetirmək və bu sahədəki işlərin ciddi məsuliyyət tələb etdiyini unutmamaq lazımdır. Müsahibə üçün təşəkkürlər, Dr. Ulviyyə Mustafayeva.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
988
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 224
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
779
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
954
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
750

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.