• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
29.08.24 15:37
Bütün xəbərlər
251

İcbari tibbi sığorta hesabına icra olunan transplantasiya əməliyyatlarının sayı açıqlandı


Ötən ilin avqust ayından başlayaraq orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına 2023-cü ilin avqust ayından cari ilin avqust ayına kimi 145 transplantasiya əməliyyatı icra olunub.

Bu barədə Medicalmedia.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, üçü isə sümük iliyi transplantasiyası üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilib.

Orqan transplantasiyası - sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsidir.

Qaraciyər transplantasiyası qaraciyər sirrozu, bəzi anadangəlmə və genetik xəstəliklər, qaraciyər xərçəngi zamanı tövsiyə edilir. Böyrək transplantasiyası böyrək çatışmazlığının terminal (son - red.) stadiyasında olan xəstələr üçün ən uyğun müalicə üsulu olaraq qəbul edilir. Sümük iliyi transplantasiyası zədələnmiş və ya tam məhv olmuş sümük iliyinin yeni sümük iliyi hüceyrələri ilə əvəz edilməsidir.

Orqan və toxumaların köçürülməsi donor və resipiyent arasında həyata keçirilən cərrahi əməliyyatdır. Donor orqanları transplantasiya məqsədilə götürülən canlı insan, yaxud meyitdir. Resipiyent isə müalicə məqsədilə orqan və ya toxumalar köçürülən şəxsdir.
Orqan transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir. Pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi"nə (mərkəz) müraciət etməlidir. Sənədlər təqdim edildikdən sonra mərkəz tərəfindən vətəndaş "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən müvafiq tibb müəssisələri"ndən birinə yönləndirilir.
Qeyd olunur ki, pasiyent tibbi xidməti icra edən tibb müəssisəsini və həkimi seçməkdə azaddır. Müvafiq tibb müəssisəsinə müraciət edən pasiyent həmin xəstəxanadakı Həkim Komissiyasının cərrah, kardioloq, psixoloq, nefroloq (böyrək üzrə), hematoloq (qaraciyər üzrə), reanimotoloq, anestezioloq və digər ixtisaslaşmış həkimləri tərəfindən müayinədən keçirilir. Müayinənin nəticələrinə əsasən rəy və protokol mərkəzə təqdim edildikdən sonra xəstəliyin ağırlığına uyğun olaraq əməliyyat ya təcili, ya da növbəlilik prinsipi əsasında icra edilir.
Canlı donorun həyatı üçün təhlükə yaratmamaq məqsədilə transplantasiya üçün cüt orqanlardan biri, tək orqanların isə bir hissəsi götürülür. Əməliyyatdan öncə həm donor, həm də resipiyent müvafiq müayinələrdən keçdikdən sonra əks göstəriş olmadığı təqdirdə eyni gündə əməliyyata cəlb olunurlar. Əməliyyatdan sonra donor və resipiyent stasionar şəkildə müalicə edilirlər. Bir müddətdən sonra isə hər iki tərəf həkim nəzarəti altında olmaqla ambulator müalicə üçün evə yazılır.

Xəstəliyin diaqnostikası, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laboratoriya və instrumental müayinələr, qan və ya qan komponentləri, qidalanma həm donor, həm resipiyent üçün icbari tibb sığorta tərəfindən qarşılanır. Habelə transplantasiya üçün bir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
987
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 222
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
778
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
952
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
748

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.