• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
29.05.23 07:30
Bütün xəbərlər
709

Gündə bir dəfə yemək rejimi faydalıdırmı? - ARAŞDIRMA


Kimi gün ərzində 3 dəfə qidalanır, kimi az-az, amma 5 dəfə. Bir qisim insan gün ərzində 2 dəfə yemək rejimi formalaşdırıb. Az da olsa, bir qrup var ki, onlar gündə 1 dəfə qidalanırlar, digər saatlarlarda isə ancaq çay və su ilə kifayətlənirlər. Bunu sağlamlıq üçün edənlər də var, amma daha çoxunun səbəbi arıqlamaq istəyidir. Həmin şəxslərə ətrafındakılar “sağlamlığına pis təsir edər”, “indi hiss etmirsən, zərərini sonra görəcəksən” kimi yanaşırlar.

Bu fikirlər nə dərəcədə doğrudur? Yaxud, gündə bir dəfə qidalananlar nə dərəcədə haqlıdırlar?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Diyetoloq Turxan Baratzadə deyir ki, əslində, belə bir pəhriz növü var:
“Gündə bir dəfə yemək (The one meal a day - OMAD) aralıqlı orucun bir növüdür və orqanizmə xüsusi ziyanı yoxdur. Aralıqlı orucda məntiq gündə ən az 14-16 saat aclıq müddəti yaratmaq və yemək aralığını 8 saata sıxışdırmaqdır. Yəni, səhər yeməyi gec yeyilir, bir də axşamüstü yemək yeyilir. 8 saat ərzində 2, bəzi insanlar 3 dəfə yemək yeyirlər. 16 saat ac qalırsan. Gündə bir dəfə yeməkdə bu toxluq dövrü bir saata sıxılır və 23 saat ərzində bir daha heç nə yeyilmir. Su, çay, qəhvə istənilən qədər (şəkərsiz) içə bilərlər”.

T.Baratzadə gündə bir dəfə yemək yeməyin bir neçə böyük faydası olduğunu bildirir. Onlardan birincisi, bu rejimin insanı qocalmaqdan qorumasıdır:
“Orqanizmdə ümumi yenilənmə yaradır. “Antiage” təsiri göstərir. Yəni sizi qocalmaqdan ciddi şəkildə qoruyur. Dərinizi və bədəninizi yeniləyir, özünüzü daha yaxşı hiss edirsiniz”.
Diyetoloq bu qidalanma üsulunun maddələr mübadiləsini sürətləndirdiyini və bununla çəki itirməyin də asanlaşdığını bildirir:
“Uzun müddət davam edən bu rejim çətin görünə bilər. Araşdırmalar göstərir ki, maddələr mübadiləsi əvvəlcə bir qədər yavaşlasa da, gündə bir dəfə yemək yeyən insanlarda daha sürətli olur. Orqanizm daha çox yağ yandırır, insulinə həssaslıq artır və çəki itirmək asanlaşır. Sürətli kilo verməyə kömək edir. Gündə bir dəfə yemək yeyərək sağlam şəkildə arıqlaya bilərsiniz”.
T.Baratzadə bildirdi ki, gündə bir dəfə yeməyin yuxu rejiminə də təsiri var:
“Axşam gec saatlarında və ya günortadan sonra çox yeyən bir kəsdə yemək nizamı çətinləşir və yuxu keyfiyyəti aşağı düşür. Yatana qədər həzmin tamamlanması bağırsaq hərəkətlərinin azalmasına və yuxu keyfiyyətinin artmasına səbəb olur. Gündə bir dəfə qidalanma olduqda, artıq gecə orqanizm yuxuya hazır olur”.
T.Baratzadə bildirdi ki, gündə bir dəfə qidalanırıqsa, yemək vaxtı üçün uyğun saat seçməliyik:
“Günorta və günortadan sonra saatları daha uyğundur. Səhər və axşam qidalanma tövsiyə edilmir. Adətən, bu pəhriz vaxtı yemək günortadan sonraya salınır”.

T.Baratzadə bu diyet növünün fiziki və psixoloji sağlam insanlara məsləhət görüldüyünü deyir:
“Orqanizminiz sağlamdırsa, istədiyiniz qədər bu cür qidalana bilərsiniz. Sağlamlıqla bağlı problem varsa, sizə uyğun olmaz. Hansısa narahatlığınız varsa, xüsusi bir problem deyilsə belə, bunu da həkiminizlə məsləhətləşməlisiniz. “Sağlamlıq üçün xeyirdir” – deyib edirsinizsə, amma bir dəfə yeməklə ciddi stress keçirirsinizsə, emosional aclıq hücumları yaşayırsınızsa, diyetoloqdan kömək alın. Çünki bir dəfə qidalanmaq sağlam sayılan pəhriz növü olsa da, sizin üçün uyğun olmaya bilər. İnsanın psixi vəziyyətinə və qidalanma növünə görə qərar vermək daha yaxşıdır. Bu qidalanma növü kişilər və menopauza sonrası qadınlar üçün daha uyğun sayılır. Qadınlarda bu qidalanma növü menstruasiya tsiklini poza bilər”.
Həkimin sözlərinə görə, belə qidalanmaya keçid insulinə yüksək həssaslıq yaradır, bədəndən su və duz atıldığı üçün halsızlıq, bəzən də baş ağrısına səbəb olur:
“Bu, ilk baxışdan normal sayıla bilər. Baş ağrısı dözülməz hala gəlirsə, ciddi yorğunluq yaradırsa, davam edərkən stress keçirdiyinizi düşünürsünüzsə, pəhrizi dayandırmaq faydalıdır. Pəhrizə davam etməməyi və yardım almanızı təklif edirəm. Yüngül halsızlıq və yüngül baş ağrısı normal və müvəqqətidir”.

T.Baratzadə deyir ki, gündə bir dəfə qidalanma necə gəldi olmamalıdır:
“Düzgün planlanmamış qidalanma makro və mikro elementlərin əskikliyinə səbəb ola bilər. Məsələn, adam gündə bir dəfə qidalanır və bunu restoranda edirsə, ət və doymuş yağlarla qidalanarsa, lifli qidaları az yediyi üçün bağırsaq hərəkətliliyi azalacaq və qəbzlik yaranacaq. Yaxud daha çox karbohidratla qidalansa, orqanizmdə zülal çatışmazlığına və əzələ xəstəliklərinə səbəb ola bilər. Buna görə də belə qidalanma və onun məzmununa mütləq hakim olmalısınız. “Sabah necə olsa bir şey atışdıraram”, “bir yerdə yeyərəm” və s. tipdə düşünülməməli, harada, nə vaxt, nə yeyəcəyinizi öncədən bilməlisiniz”.
Sonda həkim qeyd etdi ki, əgər öz yemək tərziniz varsa, gündə bir dəfə qidalana bilərsiniz. Yalnız qarşınızdakı yeməyi yeyirsinizsə, bir dəfə yemək sizin üçün çox yaxşı seçim olmaya bilər.

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
990
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
956
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.