• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
30.05.23 14:43
Bütün xəbərlər
459

Sağlam qidalanma - sağlam həyat tərzinin mühüm hissəsidir- FOTO


“Sağlam qidalanma - sağlam həyat tərzinin mühüm hissəsidir”
Bunu Səhiyyə Nazirliyinin saytına müsahibəsində nazirliyin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.
Müsahibəni təqdim edirik:
- Doktor, öncə qidalanmanın insan sağlamlığına təsiri barədə bilmək istərdik...
- Sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Belə ki, qəbul etdiyimiz qida sağlamlığımıza böyük təsir göstərir. Xüsusilə fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsiri elmi şəkildə sübut edilib. Bundan əlavə, sağlam qidalanma uzunömürlülüyü təmin edir və piylənmənin, şəkərli diabetin inkişafının, ürək-damar problemlərinin, hipertoniyanın qarşısını alır.
- Balanslaşdırılmış qidalanma deyəndə nəyi nəzərdə tuturuq?
- Qida maddələrinin optimal nisbəti ilə xarakterizə olunan qidalanma balanslaşdırılmış adlanır. Balanslaşdırılmış qidalanma insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşularının, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin edir.
Bunun üçün sağlam qidalanmanın əsas qaydalarına riayət etmək lazımdır, yəni:
• Özünüz üçün optimal porsiya ölçüsünü seçməlisiniz;
• Rasionun tərkibində həm bitki, həm də heyvan mənşəli məhsullar olmalıdır;
• Qida məhsulları mümkün qədər təzə olmalıdır;
• Qida rasionunda kifayət qədər meyvə-tərəvəz olmalıdır. Tərkibindəki vitaminlər və mineral maddələr həzm prosesinə faydalı təsir göstərir. Eyni zamanda, bağırsaqları stimullaşdırır və orqanizmi zəruri maddələrlə təmin edir;
• Qidalar mümkün qədər çox çeynənilməlidir;
• Rasionda şirniyyatlar və un məmulatları minimuma endirilməlidir.
- Niyə mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək vacibdir?
- Hər hansı hava və iqlim dəyişikliyi əhvalımıza təsir edir və rasionun tənzimlənməsi orqanizmi dəstəkləyərək, mövsümün təbii dəyişikliklərinə uyğunlaşmağa yardım göstərir. Mövsümi məhsullar tamamilə təbii şəraitdə əkildiyi üçün bu məhsulları qida rasionumuza daxil etmək sağlamlığımıza kömək edir. Belə ki, mövsümi məhsullarda optimal miqdarda zülallar, karbohidratlar, yağlar, vitaminlər, mikro və makro elementlər var. Belə məhsulları istifadə etməklə biz lazımi qida və enerji alırıq. Bundan əlavə, mövsümi təzə qidalar orqanizmin təbii ritminə qayıtmasına kömək edir ki, bu da sağlamlığın qorunması üçün vacibdir.
- Sağlam həyat tərzi deyəndə ilk növbədə nə nəzərdə tutulur?
- Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlamlıq “sadəcə xəstəliyin və ya zəifliyin olmaması deyil, eyni zamanda yaxşı fiziki, əqli və sosial rifahdır”. Bu səbəbdən faydalı qidaları rasionumuza daxil etmək, aktiv həyat tərzini seçmək, stressin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənmək sağlam həyat üçün atılacaq addımdır.
İnsanın sağlamlığı ilk növbədə özündən asılıdır. Vaxtında qarşısının alınması, sağlam həyat tərzi, özünə və başqalarına qarşı məsuliyyətli münasibət sağlamlığın və uzunömürlülüyün qorunması, eləcə də xəstəliklərin qarşısının alınması üçün zəruri şərtlərdir.
Sağlam qalmaq üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:
• Aktiv həyat tərzi keçirmək. Oturaq iş rejimi işdən sonrakı fiziki aktivliklə kompensasiya edilməlidir;
• İş və istirahət arasında tarazlığı qoruyun. Orqanizmi tam bərpa etmək üçün kifayət qədər yuxuya (ən azı 7-8 saat) vaxt ayırın;
• Qəbul olunan mayenin həcminə nəzarət edin. Onun kifayət qədər miqdarı (gündə ən azı 1,5 litr) bütün orqanların normal fəaliyyətinə kömək edir;
• Orqanizmi psixo-emosional cəhətdən həddindən artıq yüklənmədən qorumaq və stresli vəziyyətlərdən uzaq olmaq vacibdir;
• Pis vərdişlərdən imtina. Alkoqol, tütün və narkotik maddələrin istifadəsi bütün sistemlərə, xüsusən də bədənin tənzimləyici sistemlərinə (mərkəzi sinir və endokrin) mənfi təsir göstərir.
Bundan əlavə, maddələr mübadiləsi pozulur, mədə-bağırsaq sistemi əziyyət çəkir, iştaha da azalır.
- Həkim məsləhəti olmadan qəbul edilən dərmanların insan sağlamlığı üçün hansı fəsadları ola bilər?
- Dərman vasitələrinin həkimə müraciət etmədən nəzarətsiz istifadəsi əksər hallarda mənfi reaksiyalara səbəb olduğunu bilmək vacibdir. Belə ki, mütəxəssislər ciddi xəstəliklərin inkişafını, o cümlədən allergik reaksiyalar, qaraciyərin toksiki zədələnməsi, zehni fəaliyyətin pisləşməsi, görmə qabiliyyətinin azalması və ya tamamilə itirilməsi, ürək və damar xəstəlikləri və s. qeyd edirlər.
Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yolverilməzdir.


XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
991
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 226
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
781
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
957
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
752

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.