• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
8.06.23 12:20
Bütün xəbərlər
342

Abort etdirmək üçün xaricdən Azərbaycana gəlirlər


2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə aborta gedənlərdən 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.
 
Ölkəmizdə 2022-ci ildə ümumilikdə, 58 min abort qeydə alınıb. Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Gülnar Orucova qeyd edib ki, Azərbaycanda abort etdirmək xarici ölkələrə nisbətdə daha rahat prosesdir.
 
"Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan abortun sayına görə ilk yerlərdə olan ölkələrdən biridir. Azərbaycanda nə qədər qadağalar qoyulsa belə, həkimlər bunu reallaşdıra bilirlər. Onlar müxtəlif diaqnozlar qoyaraq bunu edirlər.
 
Hətta xaricdə yaşayan həmvətənlərimiz sırf bu məqsədlə Azərbaycana gəlirlər. Çünki xaricdə abort etdirmək üçün kifayət qədər səbəbin olmalıdır ki, buna icazə verilsin. Xaricdə bunu etmək çox çətin olduğu üçün onlar Azəərbaycana gəlirlər, çünki burada uşağı götürtmək daha asan olur".
 
G.Orucovanın sözlərinə görə, övladı yeniyetmə yaş dövründə olan valideynlər mütləq diqqətli olmalı, onunla dil tapmağı bacarmalıdırlar:
 
"Ümumiyyətlə, son dönəmlərə fikir versək görərik ki, 13-16 yaşlı qızlar evdən qaçmağa daha çox meyilləniblər. Bu isə yaş dövrü ilə əlaqədardır. Yeniyetmə yaş dövründə valideyn övladla dil tapmağı bacarmalıdır. Valideyn dil tapa bilmirsə, övlad bu yaşda anadan imtina etməyi gözə alır. Bu yaşda yeniyetmələr həyatı ağ və ya qara görürlər, onlar üçün orta rəng yoxdur. Ona görə bəziləri intihar edir, bəziləri evdən qaçır, bəziləri də müxtəlif aqressiya göstərir. Bu dönəm elə bir dönəmdir ki, yeniyetmələr özlərini azad, sərbəst hiss etmək istəyirlər. Bunu da öz davranışları ilə göstərirlər. Bəzisi müxtəlif tatular edir, bəzisi siqaret çəkir, yaxud digər zərərli vərdişlərə yönəlirlər, əcaib saç stili, geyim üslubu ilə bunu göstərir. Yeniyetmələrin bir çoxunda dini obsessiyalar formalaşır, deyirlər ki, mən deistəm, ateistəm və s.
 
Amma burada bir məsələ var ki, burada diqqətli olmaq lazımdır. Bu dövrdə yeniyetmə valideynlə hər hansı problem yaşayırsa, evdən qaçmağa meylli olur. Bu gün qanunlara görə evlilik yaşı 18-dir, amma bu o demək deyil ki, sən 18 yaşı olan kimi uşağına icazə verməlisən ki, get ailə qur. İnsan evliliyə hazır olanda ailə qurmalıdır, əks halda, abortlar, xəyanət özünü göstərəcək".
 
Psixoloq bu qədər abortun təcavüzə görə baş verməsi ehtimalının az olduğunu deyib:
 
"Ana ilə övlad arasındakı yaş fərqi 18-20-ni aşmalıdır. Belə olmayanda ana öz gəncliyini yaşamadığı üçün ya həmin uşağı abort edir, ya da övladını ata bilir.
 
Abortların sayının artmasında təcavüzü ön plana çəkmək fikrimcə, düzgün deyil. Azərbaycanda bu qədər təcavüz ola bilməz, bu, gülüncdür. Bu təcavüz yox, yeniyetmə özbaşınalığıdır. Bu kimi hallar valideyn nəzarətsizliyindən yaranır".

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
992
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 227
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
782
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
958
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
753

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.