• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • XİDMƏTLƏRİMİZ
    • Zalın icarəsi və quruluşunun təşkili
      • Səhnə avadanlıqlarını - podium
      • Səhnə örtüyü
      • Pilləkan dekoru
    • Səs avadanlıqları
      • Səs gücləndiricilər
      • Mikrafon-əl, qulaq
      • Mikşer masası
      • Səs idarəetmə pultu
      • Sən injeneri
    • Led
      • Led monitor (Ölçü istəyə görə dəyişir)
      • Led monitor processoru
      • Kompyuter
      • Elektrik avadanlığına görüntü ötürücü
      • Video injener
    • Sinxron tərcümə xidməti və avadanlıq icarəsi
      • Oturacaq və kreslolar tribuna üçün
      • Tumba moderator üçün
      • Suflyor
      • Sinxron tərcüməçilər
    • Multimedia
      • Anons çəkilişi
      • Kran PTS ronni ilə və kamera çəkilişi
      • Tədbirin tam çəkilişinin montaj edilməsi və təhvil verilməsi
      • Hər spiker çıxışının ayrıca təhvil verilməsi
      • Konfrans zamanı videoqraf çəkilişi
      • Konfrans zamanı fotoqraf çəkilişi
      • Videoqraf qala gecəsinin ümumi video çəkilişi
      • Fotoqraf qala gecəsinin ümumi foto çəkilişi
      • Tibb müəssisələrində təlimlərin çəkilişi (foto-video)
    • Qeydiyyat
      • Qeydiyyat masası kompüter, printer
      • Qeydiyyat üçün bedjlər
      • Qeydiyyat masası üçün led ekran dekor ilə birgə
    • Promo məhsullar
      • Bütün növ promo dizaynların hazırlanması
      • Çap materialların hazırlanması
    • Kütləvi informasiya vasitələrinin dəvət olunması
      • Xəbər
    • Körpülərin yaradılması
      • Əməliyyatxanalardan canlı bağlantıların yaradılması (istəyə görə dəyişir)
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
3.05.23 10:15
Bütün xəbərlər
506

Agentlik yeni tibbi avadanlıqlar aldı


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən dövlət tibb müəssisələrinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbələrinin təchizat səviyyələrini yüksəltmək, aparılan müalicəvi tədbirlərin effektivliyini və keyfiyyətini artırmaq məqsədi ilə yeni avadanlıqlar alınıb.

Cari il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə təhvil verilməsi nəzərdə tutulan avadanlıqlar stasionar şəraitdə və təcili tibbi yardım çağırışları zamanı tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.
Pasiyentin təcili tibbi yardım avtomobili ilə daşınması, əməliyyat və reanimasiya zamanı bir çox parametrlər üzrə həyat göstəricilərini daim nəzarətdə saxlamaq üçün müxtəlif tipli 200 ədəd kardiomonitor alınıb. Bunlardan 160-ı reanimasiya, 20-si əməliyyatxana, 20-si isə nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Kardiomonitorlar pasiyentin invaziv və qeyri-invaziv üsulla hemodinamik göstəricilərini (elektrokardioqramma, arterial təzyiq, nəbz, qanda oksigenin səviyyəsi (saturasiya),  nəfəsvermənin sonunda karbon qazının miqdarı, bədən hərarəti haqqında məlumat almağa imkan verir. Bu  monitorlar vasitəsilə aparılan dinamik və daimi müşahidə  pasiyentin vəziyyətində baş verə biləcək ağırlaşmaların qarşısını dərhal almağa xidmət edir.  
Reanimasiya, intensiv terapiya və stasionar şöbələrdə müalicə alan xəstələrə dərman vasitələrinin uyğun dozada və sürətdə yeridilməsi üçün 100 ədəd  infuzomat alınıb. Əl ilə icra olunan venadaxili infuziyalardan fərqli olaraq infuzomatla icra edilən venadaxili infuziyalarda pasiyentin göstəricilərindən asılı olaraq həkim təyinatına əsasən məhlulun venaya yeridilməsini müxtəlif parametrlər (zaman, axın sürəti, damcı sayına görə) üzrə tənzimləmək mümkündür. Cihazlarda məhlulun köçürülmə sürətini 0.1 ml/saatdan 1500 ml/saatadək tənzimləmək olur. Nəzərdə tutulan infuzomatlarla həm damcı, həm də sızma üsulu ilə venadaxili infuziyaları icra etmək mümkündür. Bu isə cihazları böyüklərlə yanaşı, uşaqlara da, xüsusən yenidoğulmuşlara uyğun rejimdə venadaxili infuziyanın yeridilməsi üçün münasib edir.
Ürək-ağciyər reanimasiya tədbirlərinin həyata keçirilməsi üçün 60 ədəd defibrilyator cihazı alınıb. Bu cihazla həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək mümkündür. Defibrilyatorlar reanimasiya və intensiv terapiya şöbələrində, həmçinin təcili tibbi yardım avtomobillərində istifadə üçün nəzərdə tutulub. Tibbi cihazdan ürək əzələsinin yığılması zamanı təxirəsalınmaz reanimasiya tədbirləri tələb edən hallarda (kardioversiya və defibrilyasiya məqsədilə) istifadə olunur.

Defibrilyatorların kompakt ölçüdə və yüngül çəkidə olması daşınmasını asanlaşdırır. Çoxfunksiyalılığı ilə seçilən cihaz manual, avtomatik, sinxron və monitor rejimlərdə çalışır. Monitor rejimdə cihazdan elektrokardioqrafiya (EKQ) müayinəsi üçün saturasiya və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür. Cihazlar daxili printer, batareya, 18 sm ölçülü ekranla təchiz olunub.
Cərrahi əməliyyatlarda ümumi anesteziya üçün 15 ədəd anesteziya aparatı alınıb. Çoxsaylı ventilyasiya rejimlərinə malik aparatlar anestetik preparatlar üçün konteynerlər, oksigen və azot oksid balonları ilə bir yerdə alınıb.

İntensiv terapiya şöbələrində və təcili tibbi yardım avtomobillərində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün 25 ədəd süni tənəffüs aparatı alınıb. Ağciyərlərin süni ventilyasiyası üçün nəzərdə tutulan cihazlardan 5-i  maqnit dalğalarına davamlığı ilə seçilir. Bu da vəziyyəti ağır olan pasiyentlərin süni tənəffüs aparatına qoşulu vəziyyətdə MRT müayinəsindən keçməsinə imkan yaradır. MRT müayinəsi zamanı keyfiyyətli respirator dəstəyinin təmin edilməsi ağciyərdə əmələ gələ biləcək ağırlaşma riskinin azaldılmasına və müalicə prosesinin yaxşılaşdırılmasına xidmət edir.
Bundan başqa cərrahi əməliyyatlar və reanimasiya tədbirləri zamanı bədən boşluğundan və ya əməliyyat sahəsindən  mayenin və möhtəviyyatın  sorulması üçün 25 ədəd daşınan və stasionar tipli sorucu aspiratorlar alınıb. Stasionar tipli aspiratorlar-700 mmHg  vakum gücünə və 60 lt/dəq. axın sürətinə malikdir. Aspiratorların minimal vibrasiya və səsli çalışması həm tibb işçilərinin, həm də pasiyentlərin rahatlığına xidmət edir.
Qeyd edək ki, Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq. Tibb müəssisələrinin dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchizatı vətəndaşların icbari tibbi sığorta hesabına vaxtında və keyfiyyətli müalicə ilə təmin olunması məqsədini daşıyır.
 

XƏBƏR LENTİ

11:51
Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
11:41
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
11:01
Dəriyə qulluq zamanı ən çox edilən səhvlər
10:25
TƏBİB və “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib
12:48
Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib
12:01
Azərbaycanda meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınıb? - RƏSMİ
11:56
Cib telefonu bu şəxslərdə ürək-damar xəstəlikləri riskini artırır
11:06
Baku City Hospitalın baş həkimi 5 aylıq körpəni xilas edib - NADİR ƏMƏLİYYAT
10:45
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb
10:41
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
10:38
Vəba ölümləri artmaqda davam edir - ÜST
10:11
TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
16:06
Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir"
11:17
Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb
10:52
ÜST-dən antibiotiklərin istehsalı ilə bağlı TƏLİMAT
10:42
Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU
10:23
Beyin üçün təhlükəli qidalar hansılardır?
10:16
Bakıda parkdan körpə dölü tapıldı
12:03
Avqust ayının zəhərlənmə statistikası AÇIQLANDI - 4 nəfər ölüb...
11:44
ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi
10:00
Mədəaltı vəzin xərçəngi ilə mübarizənin yeni üsulu tapılıb
09:50
Nadir sindromdan sağaldı
09:40
Təbii doğuş, yoxsa cərrahi müdaxilə?
09:38
Həftə sonları yatmaq ürək xəstəliyi riskini AZALDIR
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
988
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
1 224
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
779
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
954
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
750

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

XİDMƏTLƏRİMİZ

backend
17.05.24 13:37
“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib
backend
17.05.24 10:46
“Arterial hipertenziya multidissiplinar yanaşma” mövzusunda dəyirmi masa
backend
3.05.24 10:55
Kliniki İmmunologiya və Allerqologiya Konfransı
backend
21.04.24 16:20
I Türk Dövlətləri Kardioloji Qurultayının QALA GECƏSİ
backend
21.04.24 16:16
I Türk Dövlətləri Kardioloji Qurultayı
backend
20.04.24 16:26
Kardioloji mövzuların müzakirəsinə həsr olunmuş kurslar keçirilib
backend
1.03.24 14:44
“Artroplastika və Artroskopiya kursu: Çiyin və diz nahiyyəsi” adlı konfrans baş tutub
backend
27.01.24 11:04
“Azərbaycan Uroloqlarının XXI Simpoziumu"
backend
26.01.24 13:41
Bakıda 22-ci Təməl Artroplastika Kursu həyata keçirilib
backend
14.12.23 15:04
II Azərbaycan Pediatriya Cəmiyyətinin Milli Konqresi

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • [email protected]
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.